Prezident İlham Əliyev 2016-cı il dövlət büdcəsinin icrası haqqında qanunu təsdiq edib. Bu barədə məlumat Prezidentin rəsmi internet səhifəsində qeyd edilib.
2016-ci ildə dövlət büdcəsi gəlirlərinin xüsusi çəkisi ÜDM-in 29%-ni təşkil edib. Dövlət büdcəsinin gəlirləri 2015-ci il ilə müqayisədə 1%-ə yaxın və ya 7 mln. 714,8 min manat artıb. Ötən il dövlət büdcəsinin gəlirləri 17 milyard 505,7 milyon manat təşkil edib və proqnozlar 104,1% icra olunub.
Dövlət büdcəsinin xərcləri 17 mlrd. 751,3 mln. manat təşkil edib. Proqnozlar – 96% səviyyəsində icra olunub. 2016-ci ildə dövlət büdcəsi gəlirlərinin xüsusi çəkisi ÜDM-in 29,4%-ni təşkil edib. 2016-ci ildə dövlət büdcəsinin faktiki kəsiri 245 mln. 604 min 134 manat və ÜDM-in 0,4% təşkil edib.