18 C
Baku
Tuesday, April 23, 2024

2016-cı ildə Azərbaycana minik maşınlarının idxalı 4,7 dəfə azalıb

2016-cı ildə Azərbaycana 5,746 min ədəd avtomobil nəqliyyatı vasitəsi idxal edilib ki, bu da 2015-ci ilin göstəricisindən 4,6 dəfə azdır. Bu barədə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.

Hesabat dövründə respublikaya gətirilən avtomobillərin böyük hissəsi – 4,991 min ədəd avtomobil sərnişin daşımaları üçün minik avtomobillərinin və digər motorlu nəqliyyat vasitələrinin payına düşüb (azalma 4,7 dəfə).

2016-cı ildə Azərbaycana yük daşımaları üçün nəzərdə tutulmuş 571 ədəd motorlu nəqliyyat vasitəsi (azalma 3,4 dəfə) və 88 ədəd xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsi (azalma 2,7 dəfə) idxal edilib.

Bundan başqa, hesabat ilində respublikaya 10 və daha artıq şəxsin daşınması üçün 96 ədəd motorlu nəqliyyat vasitəsi (azalma 8,5 dəfə) gətirilib.

2014-cü ildən etibarən Azərbaycana minik maşınlarının idxalında azalma müşahidə olunur.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər