7 C
Baku
Sunday, December 15, 2024

2016-cı ilin ən yaxşı rəqəmsal bankları elan edildi

Oktyabrda Global Finance jurnalı Londonda World Best Digital Bank Awards konfransı gedişində 2016-cı ilin ən yaxşı rəqəmsal banklarını elan etdi. Bu zaman “Ən yaxşı rəqəmsal/institusional rəqəmsal banklar”, “Ən yaxşı pərakəndə rəqəmsal banklar”, “Ən yaxşı rəqəmsal İslam bankçılığı” və s. nominasiyalar üzrə qaliblər elan edildi.

Jurnalın versiyasına əsasən, ən yaxşı korporativ/ institusional rəqəmsal bank Citi bank elan edildi.

2016-cı ildə “ən yaxşı rəqəmsal bank” titulu uğrundan 262 bank mübarizə apardı. Tədbirin sponsoru isə Kaspersky Lab şirkəti idi.

Qalib banklar bir sıra kriteriyalar üzrə təyin edildi:

— müştərilərin online cəlb edilməsi üzrə müəssisənin strategiyası və müştərilərə xidmət,

— bankın rəqəmsal təkliflərindən müştərilərin nə dərəcədə uğurlu istifadə etməsi,

— online müştəri bazasının artımı,

— təklif edilən məhsul xətti,

—veb saytın dizayn və funksionallığı.

Kateqoriyalar üzrə ən yaxşı Korporativ/İnstitusional rəqəmsal banklar:

İnvestisiyaları idarə etmək üzrə ən yaxşı xidmətlər – Odeabank

İnternet vasitəsilə pul vasitələrini ən yaxşı şəkildə idarə etmək – Citi

Ticarətin maliyyələşməsi üzrə ən yaxşı xidmətlər – Nordea

Ən yaxşı veb sayt dizaynı – DBS

Bankın ən yaxşı korporativ saytı – Citi

İnformasiya təhlükəsizliyi üzrə ən yaxşı təşəbbüs – Citi

Zərb üzrə ən yaxşı online xidmətlər – Citi

Ən yaxşı mobil bankçılıq – Citi

Sosial mediada ən yaxşı bank – Wells Fargo

Ən yaxşı mobil tətbiqetmə – Citi

Kateqoriyalar üzrə ən yaxşı pərakəndə rəqəmsal banklar:

Ən yaxşı online depozitlər, kredit və investisiya məhsulları — Mashreq Bank

Hesabların ən yaxşı ödənməsi və ödənişlərin həyata keçirilməsi — DBS

Ən yaxşı veb sayt dizaynı — Garanti Bank

Ən yaxşı sayt – Citi

İnformasiya təhlükəsizliyi üzrə ən yaxşı təşəbbüslər — Standard Chartered

Ən yaxşı mobil bankçılıq — Standard Chartered

Sosial mediada ən yaxşı bank — Siam Commercial Bank

Ən yaxşı mobil tətbiqetmələr — Standard Chartered

Ən yaxşı sms bankçılığı — DBS

Regionlar üzrə ən yaxşı korporativ/institusional rəqəmsal banklar:

Şimali Amerika – Wells Fargo

Qərbi Avropa – Citi

Asiya-Sakit okean regionu — Citi

Latın Amerikası – Citi

Mərkəzi və Şərqi Avropa – Citi

Yaxın Şərq və Afrika – Citi

Son xəbərlər
Digər xəbərlər