2017-ci ildə Azərbaycan silah alışına Ermənistandan 20 dəfə çox vəsait sərf edib və postsovet məkanında ən iri silah idxalçısı olub. Bunu Howmuch informasiya saytı qeyd edir.
Nəşr Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) və Dünya Bankının 2016-2017-ci illər ərzində məlumatlarına əsaslanaraq dünyanın silah ticarəti bazarının xəritəsini təqdim edib.
“2017-ci il ərzində postsovet məkanında ən iri silah idxalçısı Azərbaycandır. Bakı $279 mln. məbləğində silah alıb, bu da 2016-cı ilin göstəricisindən $7 mln. çoxdur”, – araşdırmada qeyd olunur.
Saytın məlumatına görə, postsovet məkanda idxalçıların ikinci və üçüncü pilləsində Qazaxıstan və Belarus yerləşiblər.
2017-ci ildə postsovet məkanında silah idxalı üzrə vəziyyət aşağıdakı kimidir: Azərbaycan – $279 mln., Qazaxıstan – $209 mln., Belarus – $145 mln., Türkmənistan – $75 mln., Latviya – $39 mln., Rusiya – $34 mln., Estoniya – $30 mln., Litva – $29 mln., Ermənistan – $14 mln., Qırğızıstan – $13 mln. və Gürcüstan – $7 mln.
Hesabat dövrü ərzindəUkrayna, Moldova, Tacikistan və Özbəkistana dair məlumatlar verilmir.
Təqdim olunan məlumata görə, Səudiyyə Ərəbistanı və Hindistan dünya bazarlarında ən iri silah idalçılarıdır. Onların bu məqsədlərə xərcləri müvafiq olaraq $4,11 mlrd. və $3,36 mlrd. təşkil edib.
Araşdırmada adi silahın bütün əsas növləri nəzərdə tutulub: raketlərdən başlayaraq radiolokasoya sistemləri və hərbi təyyarələrə qədər. **
©interfax.az