10 C
Baku
Friday, December 13, 2024

2017-ci ildə “iPhone” belə olacaq (Foto)

“iPhone” smartfonları gözqamaşdırıcı görünüşü ilə dodaq uçultmağa davam edir.

2017-ci ildə hazırlanacaq “iPhone” telefonlarının quruluşuna aid məlumatlar yayılıb. Məlumata görə, model tamamilə şüşə korpusdan, AMOLED ekrandan ibarət olacaq. Sçartfonun ekrranı sukeçirməz olacaq. Bu haqda analitik KGİ Minq Çi Kuo danışıb.

Gələn il hazırlanacaq “iPhone” modeli “iPhone 4” smartfonunun dizaynında olacaq. Onun ön və arxa hissəsi şüşədən, qıraqları isə metaldan hazırlanacaq.

Apple bu modelinə aid patent hüququ əldə etdiyini 2013-cü ildə Avropada, 2015-ci ildə isə ABŞ-da bəyan edib. Smartfon suya davamlıdır. Suya düşəsə belə xarab olmaq ehtimalı yoxdur. Smartfonun quruluşunun çox hissəsinin şüşədən ibarət olması bunu deməyə əsas verir.

Samsung-Galaxy-S7-edge-4

 

Technews.az

Son xəbərlər
Digər xəbərlər