10 C
Baku
Friday, December 13, 2024

2018-ci il ərzində manata qarşı ucuzlaşan valyutalar: Rubl və Lirə ən üst pillələrdə

2017-ci ilin dekabrından başlayaraq Azərbaycan Mərkəzi Bankı tərəfindən açıqlanan USD/AZN cütlüyünün rəsmi məzənnəsinin başlayaraq 1,7001 məzənnəsində sabit qaldı. Yalnız martın 6-da dəyişərək cüzi fərqlə ucuzlaşıb 1,7000 məzənnəsində dayandı və bu günə qədər də bu məzənnədə qalmaqdadır. ABŞ valyutasının məzənnəsindəki sabitliyi hətta avqust aylarında əsas ticarət tərəfdaşlarının valyutası – Türk Lirəsi və Rus rublun kəskin enişi də poza bilmədi. Qeyd edilən bir il ərzində Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları da dolların alış-satışındakı rəqəmlərin kəskin dinamikasında meylli olmadılar.

Banker.az olaraq 2017-ci ilin son iş gününə açıqlanan rəsmi məzənnə ilə 2018-ci ilin son iş günündə hansı fərqlərin olmasını oxuculara çatdırma üçün müqayisə apardıq. Müqayisə zamanı məlum olur ki, ən çox eniş, Argentina pesosunda (ARS) 50 faizlik fərq görünür. Bu da məlumdur ki, Argentina da milli valyuta kəskin ucuzlaşma dövrünü (ilin 3-cü rübü) yaşamışdır.

İkinci və üçüncü pilləni isə Türk lirəsi 29% ilə və Rubl isə 17% ilə bölüşdürürlər. Dünyanın ikinci ən çox işlənən eləcə də Avropa İttifaqının vahid valyutası avro cəmi 4% ucuzlaşıb.

Qeyd: Siyahıya qiymətli metallar da daxil edilib

Untitled 1 copy 1

Son xəbərlər
Digər xəbərlər