10 C
Baku
Saturday, March 2, 2024

2018-ci il üzrə sığorta bazarının göstəriciləri açıqlanıb

2018-ci il ərzində ölkədə fəaliyyətdə olan 21 sığorta şirkəti tərəfindən 728.0 mln. manat məbləğində sığorta haqları toplanıb, 240.3 mln. manat məbləğində sığorta ödənişi həyata keçirilib.

Banker.az bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasına istinad edir.

Könüllü sığorta bazarı üzrə haqlar 536.2 mln. manat, ödənişlər isə 172.5 mln. manat təşkil edib. İcbari sığorta bazarı üzrə haqlar 191.8 mln. manat, ödənişlər isə 67.8 mln. manat olub.

2018-ci il ərzində sektor üzrə məcmu sığorta haqlarının 73.7%-i  könüllü, 26.3%-i isə  icbari  sığorta  növlərinin  payına  düşüb. Sığorta  ödənişlərinin isə 71.8%-i könüllü, 28.2%-i  icbari sığorta növləri hesabına formalaşıb.

2018-ci il ərzində sığorta şirkətləri və sinifləri üzrə hesablanmış sığorta haqları və ödənişlərə dair ətraflı məlumatlar sığorta bazarının icmal göstəricilərində öz əksini tapıb

Son xəbərlər
Digər xəbərlər