Çində istehlak qiymətləri indeksi (CPI) 2018-ci ildə 2017-ci ilə nisbətdə 2,1% artıb.
Banker.az “Report”-a isrinadla xəbər verir ki, bunu Dövlət Statistika İdarəsinin məlumatları təsdiqləyir.
Göstəricilər hökumətin gözlədiyi 3% səviyyəsindən aşağı olub.
Dekabr ayında istehsal qiymətləri indeksi (PPI) isə 2017-ci ilin analoji dövri ilə müqayisədə 0,8% artıb.
Dövlət Statistika İdarəsinin məlumatına istinadən, dekabrda səhiyyə xidmətləri 2,5%, təhsil, mədəniyyət və istirahət tədbirləri 2,3%, mənzil 2,2% artıb, nəqliyyat və kommunikasiya qiymətləri 0,7% faiz ucuzlaşıb.