27 C
Baku
Saturday, July 27, 2024

2018-ci ildə Azərbaycanda araq istehsalı 85,5% artıb

2018-ci ildə Azərbaycanda 287,515 mln. manatlıq spirtli və spirtsiz içki istehsal olunub ki, bu da 2017-ci illə müqayisədə 12,2% çoxdur. Banker.az bildirir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

2018-ci ildə araq istehsalı 85,5% – 1,019 mln. dekalitrədək, müxtəlif növ şərab istehsalı 48,9% – 1,5 mln. dekalitrədək, pivə istehsalı 11% – 4,674 mln. dekalitrədək artıb.

Bundan başqa, 27,7 min dekalitr brendi (artım 4,4 dəfə), 3,1 min dekalitr şampan şərabı (artım 2,6 dəfə), 206,6 min dekalitr likör (artım 2,2 dəfə) istehsal edilib.

Ötən il Azərbaycanda 22,4 mln. dekalitr spirtsiz içki (artım 23,4%) istehsal edilib.

Son xəbərlər
Digər xəbərlər