2018-ci ildə “Christie’s” hərrac zalının gəliri $7 mlrd. təşkil edib

0

Ötən il ilə müqayisədə satışlar 3% artmışdır.

2018-ci ildə “Christie’s” hərrac zalının gəliri £5,3 milyard və ya $7 milyard təşkil edib. Banker.az bu barədə qurumun press-relizinə istinad edir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Christie’s hərrac zalı, incəsənət bazarında öz liderliyini möhkəmləndirib. Belə ki, o, şirkətin inkişaf tarixində ən yüksək nəticələri nümayiş etdirməkdə müvəffəq ola bilmişdir. 2018-ci ilin nəticələrinə görə, “Christie’s”in ümumi gəliri 3% artaraq,  £5,3 milyard təşkil edib (2017-ci il ilə müqayisədə), – pres-relizdə qeyd olunur.

Bir ilə “Christie’s”in hərrac satışları 3% artaraq, £4,7 milyarda ($6,3 milyard) çatmışdır. 2018-ci ildə yeni müştərilərin payı isə 32% təşkil edib. Yeni müştərilərin diqqətini ən çox cəlb edən əsas hərrac kateqoriyalarına lüks əşyalar (32%), müharibədən sonrakı və müasir dövrün incəsənət nümunələri (16%) olub.

“Christie’s” verdiyi məlumata görə, £10 milyon və daha qiymətli əşyalara olan tələbat sabitdir.

“Christie’s”in baş direktoru olan  Guillaume Cherutti-nin sözlərinə görə, 2018-ci il hərrac zalı üçün rekord ili olub. “Ötən ilin sonuna qədər davam edən mürəkkəb makrosiyasi və iqtisadi şəraitə baxmayaraq, biz 2019-cu il daha da müvəffəqiyyətli olacağına inanırıq” , – o deyib.