27 C
Baku
Thursday, July 25, 2024

2018-ci ildə dəniz nəqliyyatı ilə daşınan sərnişinlərin sayında azalma qeydə alınıb

Dəniz nəqliyyatı ilə 2018-ci ilin yanvar-dekabr aylarında daşınmış yüklərin həcmi 8236,1 min ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,3% azalıb.

Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, yüklərin 54,8%-ni neft yükləri təşkil edib.

Dəniz limanları tərəfindən 9902,2 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 9343,3 min tonunu və ya 94,4%-ni tranzit yüklər təşkil edib.

Cari ilin uanvarın ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 232,5 min ton olub.

Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı ötən ilin müvafiq dövrünə nisbətən 8,2% azalaraq 15,7 min nəfər olub.

©Finans.az

Son xəbərlər
Digər xəbərlər