23 C
Baku
Wednesday, October 5, 2022

2018-ci ildə “fintech” şirkətləri 39 milyard dollar cəlb ediblər

Fintech şirkətləri, ötən ildə rekordu qıraraq sərmayəçilərdən 39 milyard dollar cəlb edə bilmişlər. Bu, 2017-ci il ilə müqayisədə 120% çoxdur.

Banker.az Reuiters-ə istinadən xəbər verir ki, bu barədə “CB Insights” tədqiqatlarında deyilir.

Araşdırmanın məlumatlarına görə, 2017-ci ildə 1.480 ilə müqayisədə 1.707 əməliyyat həyata keçirilib. Misal üçün, Çin elektron ticarət nəhəngi Alibaba Group Holding Ltd-nin törəmə müəssisəsi olan Ant Financial şirkətinin investisiyaları 14 milyard dollar təşkil edib ki, bu da keçən il fintech şirkətlərinin ümumi maliyyələşdirilməsinin 35%-i təşkil edir.

Vençur sərmayəçiləri, fintech şirkətlərinə milyardları yatırırlar, burada onların əsas məqsədi fəaliyyət göstərən maliyyə müəssisələrinin bazar payını tutmaqdan ibarətdir. Fintech startup-ları, demək olar ki bütün maliyyə sektorlarında meydana gəliblər. Onlardan bank işi və səhmlərin idarə edilməsi sektorlarını misal göstərmək olar.

CB Insights hesab edir ki, 2018-ci ildə proyektlərin maliyyələşdirilməsi rekord səviyyəyə çatmışdır, bu səbəbdən səhmlərin ilkin yerləşdirilməsi təxirə salınacaq. “2019-cu ildə IPO sahəsində aktivliyin zəif olması ehtimal olunur”, – tədqiqatda deyilir.

2018-ci ildə ən böyük artım Asiyada müşahidə olunub, burada sərmayələrin həcmi 22,65 milyard dollar təşkil edib (keçən il ilə müqayisədə 38% çox). ABŞ-da fintech şirkətləri 11,89 milyard dollar cəlb edə bilmişlər, Avropa qitəsində isə əksinə olaraq azalma müşahidə olunub – 3,53 milyard dollar.

Son xəbərlər
Oxşar xəbərlər