11 C
Baku
Friday, October 25, 2024

2018-ci ildə sahibkarlara 2048 lisenziya verilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı İqtisadiyyat Nazirliyinin geniş kollegiya iclası keçirilib.

Banker.az Nazirliyə istinadla məlumat verir ki, 2018-ci ildə sahibkarlara 2048 lisenziya verilib ki, bunun da 1384-nü yeni, 664-nüisə müddətsiz lisenziyalarla əvəzetmə təşkil edir. Ümumilikdə isə, İqtisadiyyat Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzləri vasitəsilə 2 noyabr 2015-ci il tarixindən 1 yanvar 2019-ci il tarixinədək sahibkarlara 6766 lisenziya verilib.

Ötən il martında “Lisenziyalar və icazələr” portalı yaradılıb və portal vasitəsilə artıq 587 elektron lisenziya verilib.

Son xəbərlər
Digər xəbərlər