15 C
Baku
Tuesday, September 27, 2022

2018-ci ildə ‘Tesla’nın zərərləri bir milyard dollara çatıb

2018-ci ildə Amerikanın “Tesla” şirkətinin zərərləri təxminən 976 milyon dollar və ya hər bir səhm üçün 5.72 dollar təşkil edib, bu məlumat şirkətin rəsmi saytında qeyd edilib.

Bu rəqəm, ötən il ilə müqayisədə bir milyard dollar azdır. Beləliklə, şirkət 2017-ci ilə nisbətdə xalis zərərin 50%-i azalmışdır.

İl üzrə gəlir 21,5 milyard dollar təşkil edib ki, bu da ötən ilki göstəricinin  82%-dır.

2019-cu ildə Tesla, Model S və Model X satışlarının azaldılmasını planlaşdırır. 2019-cu ildə Model istehsalını həftədə 3-dən 7 minədək istehsal edilməsi nəzərdə tutulur.

Amerika şirkəti Tesla Motors 2003-cü ildə elektrikli nəqliyyat vasitələri və onlarla əlaqəli texnologiyaların istehsalçısı kimi təsis edilib. Şirkətin qərargahı Kaliforniyanın Palo-Alto şəhərində yerləşir. Elektrikli avtomobillərlə yanaşı, şirkət öz texnologiyasından istifadə edərək batareyaları və elektrik mühərriklərini istehsal edir və digər avtomobil şirkətlərinə, xüsusilə Toyota və Daimler şirkətlərinə satır.

Son xəbərlər
Oxşar xəbərlər