15 C
Baku
Friday, April 26, 2024

2018- ci ildə diqqətçəkən fotojurnalistika nümunələri

BBC Xəbərlər xidməti komandası 2018-ci ildə fotojurnalistikanın ən cəlbedici foto şəkillərini seçib sizə təqdim edib.

qadının üzünə bibər qazı püsgürdüləndə
Dekabr ayında Brüsseldə “sarı jiletlilərin” yüksək yanacaq qiymətlərinə etirazı zamanı polis məmuru tərəfindən gözünə bibər qazı püsgürdülən qadın. Reuters-in fotoqrafı qadın haqqında deyib ki, “Gənc bir kişi saxlanılan zaman həmin qadın qaçaraq polis sırasının qarşısına gəlib və onun heç bir səhv etmədiyini bildiridb. Hətta o sarı jilet belə geyməyibmiş” (Fotonun müəllifi – YVES HERMAN / REUTERS)
Presentational white space

Tayfun nəticəsində ziyan çəkən bir binanın sınıq penceresində dayanan kişi
Sentyabr ayında Honq Konqda tayfundan ziyan görmüş bina. Tayfun zamanı şiddəti saatda 200 km/s olan küləklər qeydə alınıb. Tayfun Çinin cənubuna gəlib çatmazdan əvvəl Filippində onlarla adamın ölümünə səbəb olub (LAM YİK FEİ / GETTY IMAGES)
Presentational white space

Püsgerən və axan lavanın aerofoto görüntüsü
Hawaii-də may ayında püskürən Kilauea vulkanından lava axarkən. Vulkan krateri gecə açılıb və lava püsgürən zaman onun hündürlüyü 70 metrə çatıb (Fotonun müəllifi- TERRAY SYLVESTER / REUTERS)
Presentational white space
İştirakçılardan biri makyaj olunurkən
Kenyanın Bəy və Xanım Albinism gözəllik yarışmasının gənc iştirakçısı məkiyaj edərkən. Kenya Albinizm dərnəyi üzvlərinin tez-tez ayrıseçkiliklə üzləşdikləri və zorakılıqla mübarizə çərçivəsində noyabrda paytaxt Nairobidə tədbir keçirib (Fotonun müəllifi YASUYOSHİ CHİBA / AFP)

Presentational white space

Çin fənərlərinin havaya buraxılması
Mart ayında Tayvanda illik Çin fənəri festivalı zamanı turistlər minlərlə Çin fənərini səmaya buraxıb. Mərasim hər il günəş təqvimi üzrə yeni ilin son günü keçirilir (Fotonun müəllifi BİLLY H.C. KWOK / GETTY IMAGES)
Presentational white space

Böyük buz parçası üzərində futbol oynayan insanlar
Norveçin KV Svalbard gözətçi gəmisinin heyəti mart ayında Qrenlandiya ətrafındakı dənizdəki buz parçası üzərində futbol oynayar. İki silahlı mühafizəçi isə ağ ayıların hücumu ehtimalına görə keşik çəkir (Fotonun müəllifi MARİUS VAGENES VİLLANGER / AFP)
Presentational white space

Salah Qaşıqçı Səudiyyə varis şahzadəsi Mohammed bin Salman-ın əlini sıxır.
Salah Qaşıqçı (solda), qətlə yetirilən jurnalist Camal Qaşıqçının böyük oğlu Səudiyyə varis şahzadəsi Mohammed bin Salman-la oktyabr ayında görüşüb. Salah Riyada şahzadə Salmanın baş sağlıqlarını qəbul etmək üçün dəvət olunub. Birləşmiş Ştatlar Senatı jurnalistin qətlinə görə Səudiyyə şahzadəsini günahlandırıb, ancaq rəsmlər kral ailəsinin qətldə iştirakını təkzib edib
Presentational white space

Aerial view of a road and fire-destroyed homes
Kaliforniyanın Paradise yaşayış məntəqəsinin aerofotosu. Noyabrda baş verən şiddətli yanğın zamanı ətraf mühit yanıb, minlərlə ev dağılıb və 80-dən çox adam ölüb.
Presentational white space

ana kəskin qida çatışmazlığından əziyyət çəkən oğlu ilə tərəzinin üzərində dayanıb.
Yəmənli ana Nadia Naharinin beş yaşlı oğlu Abdelrahman Manhash uzun müddətdir aclıq çəkib və 5 kiloqram çəkisi qalıb. O, Khokha əyalətində müalicə xəstəxanasında tərəzinin üzərində dayanıb (AFB)
Presentational white space

World leaders talk around a table at the G7 summit
Bu görüntü 2018-ci ilin iyun ayında Kanadanın Şarlevua şəhərində keçirilən G7 sammiti vaxtı Almaniya kansleri Angela Merkellə ABŞ prezidenti Donald Trump arasında fikir mübadiləsi anlarını əks etdirir
Presentational white space

A boy tends to a cow
Sudanın cənubundakı Mingaman bölgəsində Dinka tayfasına mənsub oğlan əlini inəyin belinə çəkir. Quraqlıq mövsümündə iribuynuzlu mal-qara sürüsü qışlaqlardan aşağı salınaraq Nil çayı yaxınlığındakı düşərgələrə ötürülür
Presentational white space

Harvey Weinstein
Hollywood prodüseri Harvey Weinstein New Yorkda polisə təslim olur. O, cinsi zorlama və təcavüzlə bağlı ittihamları qəbul etmir
Presentational white space

A man washes plastic bags next to a canal
Bu kişi Banqladeş paytaxtı Dəkkəyə aparan su kanalında kimyəvi emal olunan plastik torbaları yuyur. 2002-ci ildə Banqladeş drenaj sisteminin tutulması nəticəsində dəhşətli daşqınlara səbəb olan nazik plastik torbaları qadağan etmiş ilk ölkə oldu
Presentational white space

Stormy Daniels is seen through a lawyer with her lawyer
Böyüklər üçün filmlərdə çəkilən aktrisa Stormy Daniels (Stephanie Clifford) öz hüquqşünası Michael Avenatti ilə (solda ) prezident Donald Trump-ın sabiq şəxsi vəkili Michael Cohen-in işi üzrə New York şəhərinin dairə məhkəməsində keçirilən prosesə gəlir. Keçmişdə aktrisa ilə prezident arasında baş verənləri sirr saxlamaq üçün xanım Daniels-ə 130 min dollar həcmində ödəniş etməkdə təqsirkar olaraq tanınan cənab Cohen həbs cəzası alıb
Presentational white space

An aerial view onto collapsed buildings
İndoneziyada helikopter dağıdıcı zəlzələ və sunamiyə məruz qalan Palu bölgəsində havadan dezinfeksiya aparır. Sentyabr ayında baş verən təbii fəlakət 380 nəfərin ölümünə bais olmuşdu
Presentational white space

A shaman runs through fire
Monqolustanın Ulanbator şəhərində şaman yay ruhlarını çağıracaq gündönümü mərasiminə qatılır. Şamanizm 70 il ərzində hökm sürən Kommunist rejimi tərəfindən qadağan olunmuşdu. Lakin 1992-ci ildə onun qorunmasını təsbit edən yeni Konstitusiyanın qəbul edilməsilə qədim dini ənənə yenidən canlanmağa başlayıb
Presentational white space
A girl poses for a photo with a colourful fabric background
Banqladeşin Koks bazar düşərgəsində yanaqlarına Myanma bölgəsinə aid ənənəvi sarı “tanaka” nişanələrini çəkən qız. 2017-ci ilin avqust ayından bəri təqiblərə məruz qalan 700 mindən artıq Rohinca müsəlmanı Myanmadakı evlərini tərk etməyə məcbur olaraq qonşu Banqladeşə qaçmalı olub

Mark Zuckerberg sits in front of photographers
Facebook-un icraçı direktoru Mark Zuckerberg ABŞ Senatının Kommersiya, Elm, Nəqliyyat və Ədliyyə komitələri qarşısında ifadə verir. Cənab Zuckerberg ABŞ prezident seçkiləri vaxtı rusiyalı trolların yaydığı dezinformasiyaya öz şirkətinin ləng reaksiyasını ən çox təəssüf doğuran amillərdən biri kimi dəyərləndirib
Presentational white space

Moskvanın Lujniki stadionunda futbol üzrə Dünya Çempionatının finalında Fransa prezidenti Emmanuel Macron Xorvatiya millisi üzərində qələbəni havaya yumruq atmaqla qarşılayır.
Moskvanın Lujniki stadionunda futbol üzrə Dünya Çempionatının finalında Fransa prezidenti Emmanuel Macron Xorvatiya millisi üzərində qələbəni havaya yumruq atmaqla qarşılayır
Presentational white space

A man argues with a soldier
Fələstinli kişi zəbt olunmuş Qərb Sahilində orta məktəbin bağlanılması barədə qərara etiraz edir
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər