İqtisadiyyat Nazirliyi 2018-ci ildə daxili mənbələrdən kapital qoyuluşlarının artımını 10% səviyyəsində proqnozlaşdırır. Bunu iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib.
“2018-ci ildə daxili mənbələrdən kapital qoyuluşları 10% təşkil edəcək, bu da əsas kapitala xarici sərmayələrin 13,5% səviyyəsində azalmasını ödəməyə imkan yaradacaq”, – S.Həsənova çərşənbə axşamı parlament komitələrinin gələn ilə dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, 2018-ci ildə əsas kapitala xarici sərmayələrin həcmi 7,7 mlrd. manat, daxili sərmayələrin həcmi 8,2 nmlrd. manat həcmində proqnozlaşdırılır.
S.Həsənova əlavə edib ki, daxili sərmayələr strukturunda 4 mln. manatdan artıq vəsait infrastruktur layihələrə yönəldiləcək.
Xəbər verildiyi kimi, 2018-ci ildə İqtisadiyyat Nazirliyi real ifadədə əsas kapitala kapital qoyuluşlarının azalmasını 2,5% səviyyəsində proqnozlaşdırır.
2017-ci ilin yekunları üzrə real ifadədə əsas kapitala kapital qoyuluşlarının azalması 2016-cı ildə 21,7% səviyyəsində azalmadan sonra 8,3% həcmində proqnozlaşdırılır.