9 C
Baku
Friday, December 13, 2024

2018-ci ildə maliyyə vəziyyətinizi belə qaydaya salın

Banker.az 2018-ci ildə borclardan qurtulmaq, xərclərinizi azaltmaq və kapitalınızı artırma üçün təcrübədə istifadə olunan bir neçə real məsləhəti təqdim edir. 

1. Gəlirinizin 10%-ni kənara qoyun

Gəlirlərinizin 10 faizini dərhal olaraq pul daxılınıza və yaxud xüsusi hesabınıza yatırın. Əmək haqqınızı əldə edər etməz lazımi vəsaiti kənara qoymaqla, büdcənizi artıq bu pullar olmadan daha dəqiq planlaşdırmalı olacaqsınız ki, bu da son nəticədə xərclərinizə müsbət təsir edəcək. İlin sonunda isə demək olar ki, heç bir xüsusi cəhd olmadan aylıq gəlirlərinizi üstələyən həcmdə vəsait toplamağa nail olacaqsınız. Vəsaitlərinizi nəinki toplaya, həmçinin artıra da bilərsiniz. Bunun üçün kapital artımını təmin edən vasitələrdən birini seçmək lazımdır.

2. Kredit kartlarından imtina edin

Bu o demək deyil ki, mütləq olaraq bütün kredit kartlarınızı atmalısınız. Xeyr, sadəcə onları üzərinizdə daşımayın. Onlar insanda əslində sahib olduğunuzdan daha çox pula sahib olma illuziyası yaradır və yenidən lazımsız əşyalara pul xərcləməyə hazır olursunuz.

Ödəniş edərkən debet kartından və yaxud nağd vəsaitlərdən istifadə edin. Bu maliyyə imkanlarınızı daha yaxşı qiymətləndirməyə kömək edəcək.

3. Borclarınızı ödəyin

Adətən borclar dağdan aşağı yuvarlanan qar topası prinsipi ilə artır: nə qədər çox davam etsə, bir o qədər həcmi böyük olur. Bu strategiyadan elə borcların qaytarılması üçün də istifadə edin.

İlk olaraq kiçik həcmdə olan borclarınızı ödəyin. Geri qaytardığınız məbləğ kiçik olsa da, bununla maliyyə yükünüzün bir hissəsini azaltmış olacaqsınız və daha böyük borcların ödənilməsi üçün sərbəst vəsaitləriniz olacaq. Bunun ardınca nisətən böyük borcların ödənilməsinə keçin. Və bütün borclarınızı ödəyib bitirənə qədər belə davam edin.

4. Lazımsız və istifadə etmədiyiniz əşyalarınızı satın

İstifadə etmədiyiniz əşyaları sosial şəbəkələrdə və yaxud xüsusi satış saytlarında satışa çıxarın. Qaldıqca toz toplayan və mənzildə hərəkətə mane olan əşyalarınız əlavə gəlir qazandıra bilər. Burada əsas olan əldə etdiyiniz sərbəst vəsaitləri küləyə sovurmamaq, əksinə əmanət olaraq kənara ayırmağınızdır.

5. Mütləq ödənişləri təxirə salmayın

Kommunal xidmət, tekefon haqqlarını vaxtında ödəyin, sadə maliyyə öhdəliklərini zamanında həyata keçirin. Bu cür nizam-intizamın iki üstün cəhəti var. Birincisi, gecikməyə görə cərimələrdən yayınacaqsınız. İkincisi, mütləq ödənişlər üçün nəzərdə tutulmuş vəsaitləri düşünülməmiş alış-verişə yönləndirməyəcəksiniz.

 

Son xəbərlər
Digər xəbərlər