Banker.az xəbər verir ki, Amerika Yol Təhlükəsizliyi Sığorta İnstitutunun (Insurance Institute for Highway Safety – IIHS) həyata keçirdiyi qəza sınaqlarının nəticəsi olaraq 2018-ci ilin ən təhlükəsiz avtomobillərini elan edib.
Avtomobillər sınaq zamanı zərbələrin istiqamətinə uyğun olaraq bir neçə parametr üzrə qiymətləndirilib. Bu zaman toqquşmadan yayınma sistemləri də testdən keçirilib: 15 və 25 km/saat sürətlə hərəkət edən avtomobil maneə qarşısında avtomatik olaraq dayanmalıdır.
Bundan əlavə, IIHS avtomobilin faralarını da qiymətləndirir: onlar yolu nə dərəcədə yaxşı işıqlandırır, qarşı tərəfə mane olma dərəcəsi nə qədərdir.
Beləliklə, 2018-ci ilin ən təhlükəsiz avtomobilləri sırasına aşağıdakı avtomobillər daxil olub:
- Mercedes-Benz E-Class
- KIA Forte, KIA Soul
- Subaru WRX
- BMW 5 series
- Genesis G90
- Hyundai Santa Fe
- Hyundai Santa Fe Sport
- Mercedes-Benz GLC