Ekspertlər 2018-ci ildə istehsal olunan ən yaxşı smartfonların siyahısını tərtib ediblər.
“Business İnsider” portalına istinadən məlumata əsasən, siyahıya yeni Çin istehsalı olan “OnePlus 6” daxil olub. Ekspertlər bu smartfonun keyfiyyətli kamerası, prosessoru (“Qualcomm Snapdragon 845”) və 6 qeqabaytlıq operativ yaddaşına diqqət çəkir.
Ekspertlər həmçinin “Galaxy Note 9” modelini də qeyd ediblər. 6,4-düymluq OLED-displeyi ilə təhciz olunmuş “Samsung” şirkətinin bu cuhazı güclü akkumulyator və kamerası ilə seçilir.
Beşliyə həmçinin ”Samsung”un digər smartfonu – “Galaxy S9”, “iPhone X”in “Android” versiyasını xatırladan “LG G7 Thinq” və “Motorola”nın “Moto G6” modelləri də daxil olub.
– Trend