Fortune jurnalının ekspertləri iPhone XS Max, Google Pixel 3, Huawei Mate 20 Pro, OnePlus 6T və Samsung Galaxy Note 9 smartfon modellərini 2018-ci ilin ən yaxşı smartfonları sırasına daxil edib.
Banker.az xəbər verir ki, bu barədə RIA Novosti yazır.
iPhone XS Max, korporasiyanın buraxdığı smartfon modelləri arasında ən “epplaşmış” model kimi qiymətləndirilir. Bu qurğunun əsas üstünlükləri sukeçirməzliyi, yüksək keyfiyyətli kamera, smartfonun öz ölçüsü və ekran ölçüsü hesab olunur. Əsas çatışmazlığı isə qiymətdir.
Google Pixel 3 ilk beşliyə daxil olub, bu, smartfonun spamı birbaşa blok etmək funksiyasının olması və qaranlıqda belə obyektləri müəyyən edə bilən kamerası hesabına olub.
Huawei Mate 20 Pro enerji tutumluluğuna görə yüksək qiymətləndirilib. Eyni zamanda, smartfonda süni intellekt texnologiyası və yüksək keyfiyyətli kamera var.
Qiymət baxımından ən əlverişli smartfon isə OnePlus 6T modeli hesab olunur. Bundan başqa, keyfiyyətli kamera da qurğunun güclü tərəflərindən biridir.
Samsung Galaxy Note 9 modelinin əsas üstünlüyü isə, onu monitora qoşub kompüter kimi istifadə imkanının olmasıdır. Digər müsbət keyfiyyətlərinə böyük ölçülü ekran, keyfiyyətli kamera və stilusun olmasını aid etmək olar.