9 C
Baku
Friday, December 13, 2024

2018-ci ilin yanvar-oktyabr ayları üzrə sığorta bazarının göstəriciləri açıqlanıb

2018-ci ilin yanvar-oktyabr ayları ərzində ölkədə fəaliyyət göstərən 21 sığorta şirkəti tərəfindən 617.2 mln. manat məbləğində sığorta haqları toplanıb, 205.9 mln. manat məbləğində sığorta ödənişi həyata keçirilib. Könüllü sığorta bazarı üzrə haqlar 450.8 mln. manat, ödənişlər isə 149.7 mln. manat təşkil edib. İcbari sığorta bazarı üzrə haqlar 166.4 mln. manat, ödənişlər isə 56.2 mln. manat olub.

2018-ci ilin yanvar-oktyabr ayları ərzində sektor üzrə məcmu sığorta haqlarının   73.0%-i  könüllü, 27.0%-i  isə  icbari  sığorta  növlərinin  payına  düşüb. Sığorta  ödənişlərinin 72.7%-i könüllü, 27.3%-i isə icbari sığorta növləri hesabına formalaşıb.

2018-ci ilin yanvar-oktyabr ayları ərzində sığorta şirkətləri və sinifləri üzrə hesablanmış sığorta haqları və ödənişlərə dair ətraflı məlumatlar sığorta bazarının icmal göstəricilərində öz əksini tapıb.

Son xəbərlər
Digər xəbərlər