9 C
Baku
Friday, December 13, 2024

2019-cu ilədək Azərbaycanın valyuta ehtiyatları $46 milyarda qədər artacaq

2018-ci ildə Azərbaycanın valyuta ehtiyatları $45,9 mlrd.-a qədər artacaq. Bu, “Sberbank Investment Research” şirkətinin analitiklərinin proqnozlarında öz əksini tapıb.

Bu barədə Banker.az İnterfax-a istinadən xəbər verir.

“2015-2016-cı illərdə valyuta ehtiyatlarının həcmində müşahidə edilən azalmadan sonra 2017-ci ildə artım qeydə alındı. Artım tendensiyası 2018-ci ildə də davam edəcək”, – deyə analitiklər qeyd edirlər.

“Sberbank Investment Research” şirkətinin məlumatına görə, 2019-cu ilədək Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları $6 mlrd.-a qədər (2017-ci ilin sonuna $5,3 mlrd.), Dövlət Neft Fondunun (ARDNF) aktivləri $39,9 mlrd.-a qədər (2017-ci ilin sonuna $35,8 mlrd.) artacaq.

Son xəbərlər
Digər xəbərlər