2019-cu il üzrə “İlin adamı” mükafatına Greta Thunberg layiq görülüb

“Time” jurnalının verdiyi məlumata görə, 2019-cu ildə “İlin adamı” mükafatına 16 yaşlı eko-aktivist Greta Thunberg layiq görülüb.

Qeyd edək ki, namizədlər sırasında Vladimir Putin, Donald Tramp, Emmanuel Macron, Xi Jinping və digər tanınmış siyasətçilər, habelə “Forbes” jurnalına daxil olan üç milyarder  – “Amazon” un qurucusu Jeff Bezos, “Facebook” un qurucusu Mark Zuckerberg və “SoftBank”  bankının təsisçisi  Masayoshi Son olmuşdur.

“İlin adamı” titulu uğrunda mübarizə 1972-ci ildən başlayaraq hər ilin sonunda keçirilir. Xatırladaq ki, daha əvvəl “Time” jurnalı namizədlərin siyahısını dərc etmişdir. Siyahı “NBC News” kanalının “Today” proqramında yayımlanıb.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar24 saat işləyən exchangelərŞənbə günü işləyən bank filialları