24 C
Baku
Thursday, September 29, 2022

2019-cu ildə “Beqişevo” aeroportundan Azərbaycana reyslər açılacaq

2019-cu ildə Tatarstanın “Beqişevo” beynəlxalq aeroportu Azərbaycana reyslər təşkil etməyi planlaşdırır. Bu barədə aeroportun saytında məlumat verilir.

“2018-ci il xidmət göstərilən sərnişinlərin sayına görə “Beqişevo” aeroportu üçün rekord ili olub – 777,263 min nəfərə xidmət göstərilib (2017-ci illə müqayisədə artım 32%). 2019-cu ildə aeroport cədvəldə olan reyslərə diqqəti yönəltmək, Antalyaya uçuşların sayını artırmaq, cədvəldə İstanbula mütəmadi reysi bərpa etmək və iki yeni – Azərbaycan və Özbəkistana reys açmaq niyyətindədir”, – məlumatda qeyd olunur.

Eyni zamanda, aeroport Azərbaycana uçuşlar həyata keçirəcək aviaşirkəti və reyslərin başlanması tarixini dəqiqləşdirmir.

Son xəbərlər
Oxşar xəbərlər