17 C
Baku
Friday, April 19, 2024

2019-cu ildə Dünya iqtisadiyyatının perspektivləri

Müəllif – Endryu Taylkot, Şeffild Universitetinin professoru. 

Cənab Taylkot ilk dəfə olaraq Bakıya səfər edəcək və artıq Bakıda da mövcüd olan Şeffild Universitetinin Executive MBA proqramının tələbələrinə mühazirələr oxuyacaq.

photo Andrew Tylecote 8Çin təqviminə əsasən, 2019-cu il – Qaban ilidir.  Sevindirici haldır ki, çin inanclarına əsasən, qaban – xeyir-bərəkət və çalışqanlıq, əzimli iş rəmzidir.  Bəli, bu ildə görüləcək işimiz çoxdur, lakin bu işin xeyirli və bərəkətli olması ehtimalı bir az dumanlıdır.  Və bu dumanın bir hissəsi Çin tərəfdəndir.

Bərəkətin açarı – kreditdir: çətin ki, şirkətlər və ya fərdlər borca girmədən böyük məbləğdə pul xərcləyib və ya investisiya edə bilərlər ki, buda öz növbəsində iqtisadiyyatı canlandırsın. Kreditin verilməsində bir problem var, o da, kredit almaq qabiliyyətində olan hüquqi və fiziki şəxslər müəyyən həddən sonra borclarını geri ödəmək imkanında olmurlar. Və bu həddən sonra, əlavə kreditlər digər kategoriya borc alanlara verilir.  O kategoriyaya ki, konservativ banklar onları “yüksək riskli borcalan” qrupuna aid edirlər və onlarla işləməməyi tərcih edirlər.  Bu şərtlər ölkələr arasında olan iqtisadi münasibətlərə də aiddir.  Misal üçün, 1980-ci illər Latın Amerikası ölkələrində “itirilmiş 10-illik” adlanır.  Bunun səbəbi, 1970-ci illərdə bu ölkələrin hökümət və biznes qurumları tərəfindən külli miqdarda borc almaqları idi; borcverən – Yaxın Şərq ölkələrinin yeni varlanmış neft ixracatçıları idilər ki, onlar da daha etibarlı borcalan tapmadıqlarından, latın amerikalılara borc verdilər.  Müəyyən müddətdən sonra borcalanlar müflisləşərək, gələcək 10-illikləri borcun qaytarılmasına sərf etdilər.

Bu ölkələrin çətin vəziyyətə düşməsinin ən aydın göstəricisi, onların tədiyyə balansının neqativ olması idi.  Yani, onlar idxal əməliyyatlarına daha çox vəsait sərf edir və ixracatdan sərf etdikləri məbləğdən daha az vəsait alırdılar.  Və bu neqativ fərq ölkənin xarici borcu olaraq, onun üzərinə düşürdü.  (2000-ci illərin əvvəlində mən Yunan tələbələrimə, ölkələrinin tədiyyə balansında olan neqativ qalıq tendensiyasına işarə edərək, onların fikrincə bu vəziyyatin nə qədər  davam edəcəyini soruşdum.  Yunanıstan şanslı olarsa, o yalnız bir 10-illik itirmiş olacaq.)

Yaxşı xəbər də var – hal-hazırki maliyyə disproporsiyası əvvəlki illərə nisbətən daha kiçikdir.  2014-2015-ci ildə neftin qiymətinin aşağı düşməsindən əvvəl, bir çox neft ixracatçıları artıq pul vəsaitlərinə sahib idilər ki, eyni zamanda neftin idxalından asılı olanlar isə  neftin qiymətinin yüksək olması səbəbindən, “qısılmış büdcə” şəraitində idilər.  Çin, Yaponiya və Almaniya da artıq pul vəsaitlərinə malik olanlar sırasında idilər.  Birləşmiş Ştatlar iri xarici borca malik olanlar arasında idi.  Birləşmiş Ştatlar hökuməti elə o zaman da etibarlı borcalanlar arasında idi, lakin, Amerikanın digər borcalanları “yüksək risk” qrupunda idilər. 

Və həmin vaxt, növbə lay (şişt) yataqlardan çıxarılan neft və qaza gəldi ki, neftin qiyməti aşağı düşdü.  Nəticədə, ABŞ-ın xarici borcu əhəmiyyətli dərəcədə kiçildi və hal-hazırda ABŞ iqitsadiyyatı daha stabil vəziyyətdədir.  Neftin qiyməti yüksəkdir?  Neft istehsalçıları yatırımlara daha çox pul xərcləyirlər.  Neftin qiyməti aşağıdır?  Avtomobillərini yanacaqla doldurduqdan sonra, sıravi amerikalılarda digər xərclər üçün daha çox pul qalır. Və hal-hazırda, ABŞ son dekadalara geri baxarkən, iqtisadiyyatının, heç bir resessiya əlaməti olmadan, stabil artımını  qeyd edə bilər.   Və bu ölkənin iqtisadiyyatı Çinlə yaranmış gərginlikdən uğurla çıxa biləcək.  Əlbəttə ki, neft  idxalçılarının artıq pul ehtiyyatları demək olarki yox dərəcəsindədir.  Həmçinin, Çin və Yaponiyada.

İqtisadiyyatın yeganə çətin problemi Çindir.  2008-9-cu illərin krizisi Çin iqtisadiyyatında mövcüd olan problemləri başa düşməkdə yardımçı ola bilər.  Belə ki, ABŞ iqtisadiyyatında əhəmiyyətli dərəcədə iri həcmli daxili borc yaranmışdır – əksər hallarda, Amerikanlılar öz vətəndaşlarına borc verirdilər.  Yaranmış krizis dəhşətli resessiyaya səbəb olaraq, digər tərəfdən, ən azından daxili borcların azalması ilə nəticələndi.  Çində də, ABŞ-dakı qədər böyük olmasada, lakin daxili borclar problemi var idi.  Mərkəzi Çin höküməti Amerikada və Qərbdə baş vermiş resessiyanın qarşısını almaq məqsədilə, yerli hakimiyyət və biznes qurumlarını, iqtisadiyyata daha çox pul daxil etmək məqsədilə kredit götürməyə məcbur edirdi.  Bu vəsaitlərin nə üçün xərclənməsi o qədər də vacib deyildi – vacib olan bu vəsaitlərin Çin iqtisadiyyatına daxil olması idi.  Hal-hazırda Çində mövcüd olan borc “dağı” 2008-ci ildə ABŞ-da mövcüd olan borcla eynidir.  Və çətin ki onlar 2009-cü ilin iqtisadi siyasətini təkrarlaya bilsinlər.  Və əgər onlar ABŞ-la sülh əldə edə bilməsələr etməsələr…ümidimiz Qabanın sağlam sinir sisteminə malik olmasına qalır…photo sheffield baku

Professor Taylkot Mart ayının axırlarında Bakıya gələrək, Biznes İqtisadiyyatı ixtisası üzrə Şeffild Universitetinin Executive MBA proqramının tələbələrinə mühazirələr oxuyacaq.

Executive MBA Proqramı barədə daha ətraflı məlumat üçün Şeffild Universitetinin, City College Beynəlxalq Fakultəsinin Azərbaycanda Ölkə üzrə Meneceri Nigar Haciyeva ilə əlaqə saxlaya bilərsiniz: [email protected]  və ya 055 909 37 88.

Son xəbərlər
Digər xəbərlər