12 C
Baku
Friday, March 29, 2024

2019-cu ildə ümumilikdə $4,3 mlrd. məbləğində kriptovalyuta oğurlanıb

Cipher Trace-nin verdiyi məlumata görə, 2019-cu ilin əvvəlindən bəri kriptovalyuta istifadəçiləri kriptobirjaların “hack” edilməsi, qaçaqmalçılıq və fırıldaqçılıq səbəbindən ümumilikdə 4,3 milyard dollar itiriblər.

Banker.az-ın xəbərinə görə, analitiklər qeyd edirlər ki, rəqəmsal pul sənayesində baş verən ən böyük hadisələrdən biri Plus Token layihəsində iştirak edən investorların saxtakarlığı olmuşdur. Belə ki, təxminən 2,9 milyard dollar oğurlanıb.

Mütəxəssislərin fikrincə, bu gün Bitcoin cinayətkarlar arasında populyarlığına görə birinci yerdədir. Sikkə qadağan edilmiş maddələrin, silahların və bank məlumatlarının satışında istifadə edilmişdir. Təcavüzkarlar həmçinin Ethereum, Litecoin, Monero, Bitcoin Cash və Dogecoin-dən də istifadə ediblər.

“Məxfilik yönümlü sikkələr qeyri-qanuni bazarlarda istifadə edilmir. Bitcoin lider olaraq qalır, halların 76%-də məhz Bitkoindən istifadə edilib”, – Cipher Trace qeyd edir.

 

 

 

Son xəbərlər
Digər xəbərlər