“Iphone XR” 2019-cu ildə dünyanın ən çox satılan smartfonu olub.
RİA “Novosti” xəbər verir ki, bu barədə “MacRumors” məlumat yayıb.
“Omdia” tədqiqat şirkətinin araşdırmasına əsasən, “Apple” ötən il bu versiyadan 46,3 milyon smartfon satıb. İkinci yerdə 37,3 milyon satışla “Iphone 11” qərarlaşıb.
Sonrakı üç pillədə “Samsung”un modelləri – A10 (30,3 milyon), A50 (24,2 milyon) və A20 (19,2 milyon) qərarlaşıb.
İlk “10-luq”da həmçinin “Iphone 11 Pro Max”, “Iphone 11 Pro” və “Iphone 8”, həmçinin “Redmi Note 7” və “Samsung Galaxy J2 Core” də yer alıb.
©Report