15 C
Baku
Friday, October 24, 2025

2019-cu ildə fərdi məlumatların qeydə alınmış sızma halları iki dəfə çox olub

2019-cu ildə şəxsi məlumatların sızması halları 2018-ci il ilə müqayisədə iki dəfə çox olub (təqribən 14 milyard).

Banker.az xəbər verir ki, bunu “InfoWatch” şirkətinin analitikləri qeyd edirlər. Qlobal miqyasda kommersiya şirkətləri və hökumət təşkilatlarının gizli məlumatlarının qeydə alınmış sızma sayı 2018-ci ilə nisbətən təxminən 10% artıb.

Nəşrin verdiyi məlumata görə, bank sektorunda gizli məlumatların sızması halları təxminən 1 milyon təşkil edir – fərdi və ödəniş məlumatlarının sızma sayının 1%-i.

“InfoWatch” analitiklərinin fikrincə, dünyadakı sızmaların təxminən üçdə ikisi qəsdən təşkil edilmişdir. 2018-ci ildə qeydə alınmış sızmaların təxminən yarısı sıravi işçilərin hərəkətləri nəticəsində, 40%-i isə haker və digər təcavüzkarlar tərəfindən təşkil edilmiş hücumlar nəticəsində baş verib. 2019-cu ildə haker və digər təcavüzkarlar tərəfindən təşkil edilmiş hücumlar ön plana çıxıb.

“InfoWatch” ekspert-analitik mərkəzinin mütəxəssislərinin proqnozuna görə, 2020-ci ildə qəsdən təşkil edilmiş informasiya sızması halları daha da artacaq. Mütəxəssislər yeni ildə ayrı-ayrı dövlətlərin maliyyələşdirdiyi haker qruplarının həm dövlət sirrini təşkil edən məlumatlar üçün, həm də yüksək qiymətləndirilmiş kommersiya məlumatları üçün ova çıxacaqlarını düşünürlər. Saxlanılan şəxsi məlumatların həcmi daim artmaqdadır, müvafiq olaraq həssas məlumatların – biometrik və ya tibbi məlumatların sızması təhlükəsi var.

Son xəbərlər
Digər xəbərlər