-1 C
Baku
Sunday, December 15, 2024

2019-cu ildə investisiya üçün ən gəlirli qiymətli daşların adları açıqladı

Rəngli qiymətli daşların qiyməti sürətlə artsa da, investisiya üçün brilyant daha cəlbedici görünür.

Banker.az xəbər verir ki, bu haqda Forbes məlumat verir.

“Knight Frank” şirkətinin mütəxəssisləri qeyd edib ki, son on ildə brilyantların qiyməti 113%, rəngli daşların qiyməti isə 112% artıb. Analitiklər rəngli qiymətli daşlar arasında yaqutu seçiblər. “Gemfields” in direktoru Sean Gilbertson, 2009-cu ildən bəri zümrüd və ya yaqut daşlarının qiymətindəki artımın brilyant ilə müqayisədə daha çox olduğunu bildirir. “Məncə, yaxın zamanda qiymət baxımından sapfirlər brilyantları ötüb keçəcəklər”, – mütəxəssis əlavə edir.

Hal-hazırda bazarda əsas tendensiya təbii daşların sintetik daşlarla əvəz olunmasıdır. Bununla yanaşı, təbii daşların istehsalı günü-gündən bahalaşır: bu, ehtiyatların tükənməsi və yeni yataqların aşkar edilməsinin maya dəyərinin artması fonunda baş verir. “Bazar sintetika ilə doyurulduqda, onlar (təbii daşlar) yenidən bahalaşacaq”, – mütəxəssis Eduard Utkin qeyd edir. 

Analitiklərin fikrincə, investisiya üçün brilyant öz cəlbediciliyini yenə də qoruyub saxlayır. “Arbat Capital” ın direktoru qızıl əşyalarına deyil, məhz qiymətli daşlara investisiya yatırmağı tövsiyə edir.

 

 

Son xəbərlər
Digər xəbərlər