Son günlər vergi sistemində gözlənilən dəyişikliklərlə bağlı ictimai müzakirlər əsasən gəlir vergisi ətrafında oldu. Amma büdcə mədaxili ilə bağlı proqnozlara baxanda sıranın xeyli geniş olduğu diqqətdən qaçmır. Axşam birini yazmışdım – həm idxal edilən, həm də daxildə istehsal olunan tütün məmulatlarına aksizlərin artımı gözlənilir.
Banker.az xəbər verir ki, bunu iqtisadçı-ekpert Rövşən Ağayev yazır.
Daha bir dəyişiklik kimi ticarət fəaliyyəti ilə məşğul olan həm hüquqi, həm də fiziki şəxslərin 6%-lə sadələşdirilmiş vergisiyə cəlb olunmasının ləğvi ola bilər. Belə ki, büdcə sənədində hər 2 subyekt üzrə 6%-lik sadələşdirmiş vergidən daxilolma üzrə proqnoz nəzərdə tutulmayıb. İctimai iaşədə 8%-lə çalışanlar üçün isə proqnoz saxlanılıb: “Məlumat üçün deyim ki, Vergi Məcəlləsinin 218.1 və 220.1-1-ci maddələrinə görə, illik dövriyyəsi 200 000 manatdan yüksək olan həm ticarət, həm ictimai iaəşə sektoru üzrə sahibkarlar da sadələşdirilmiş vergi ödəyici ola bilərdilər. Həmin normalara görə, bu halda dövriyyədən ticarətçilər 6%, iaşə sahəsində çalışanlar 8% vergi ödəməli idilər. Eyni zamanda yerdə qalan sahələr üzrə differensiallaşdırılmış vergi dərəcəsinin ləğvi və 2% bazasənda vahid dərcəcənin tətbiqi gözlənilir. Hazırda isə Bakı şəhəri üzrə 4%, yerdə qalan regionlar üzrə 2% dərəcə qüvvədədir.”
Sadələşdirilmiş verginin tətbiq dairəsinin daraldılması ilə bağlı gözlənilən dəyişikliklərlə bağlı 2019-cu ildə bu vergi növü üzrə büdcəyə daxiolma proqnozu 58 mln. manat (15.3%) azaldılıb. Əvəzində rezident hüquqi şəxslərin mənfəət vergisi üzrə daxilolama proqnozu 136.9 mln. manat (22.4%) artırılıb. Daha bir dəyişiklik hüquqi şəxslərin mülkiyyətində olan avtomobil vasitələrinin əmlak vergisinə cəlb edilməsidir. Bu mənbədən 11.7 mln. manat daxilolma proqnozlaşdırılıb.
“Hər halda görünən odur ki, 2019-cu il hüquqi şəxs kimi fəaliyyət göstərən biznes üçün vergi yükünün artımı baş verəcək.” – deyə R.Ağayev öz fikrini tamamlayır.