12 C
Baku
Friday, March 29, 2024

2019-cu ilin ən təhlükəli ölkələrin Top 10-luğu

İqtisadiyyat və Sülh İnstitutunun (İEP) beynəlxalq ekspert qrupunun sosioloqları və iqtisadçıları dünyada ən təhlükəli və təhlükəsiz ölkələri müəyyən edən Qlobal Sülh İndeksini nəşr etdi.

Banker.az həmin siyahını təqdim edir:

1. Əfqanıstan

afganistan
Əfqanıstan

2002-ci ildə ölkədə Taliban rejimi ardan qaldırıldı. Lakin “Taliban” hərəkatını tamamilə ləğv emtək mümkün olmamışdı.

Taliban rejiminin devrilməsi, müasir Əfqanıstan İslam Respublikasının yaranmasına səbəb oldu.

Ölkədə vətəndaş müharibəsi bu gün də davam edir, lakin artıq Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin iştirakı ilə.

Əfqanıstan səhiyyə, iqtisadi resursların əlçatanlığı, adi həyat, cinsi zorakılıq və insan ticarəti riskləri baxımından dünya üzrə ikinci yer tutur.

2. Suriya

syria
Suriya

2011-ci ildən bəri ölkədə rəsmi hökumətin tərəfdarları (“Baas” və Bəşər Əsəd), silahlı müxaliflər və kürdlər arasında, 2014-cü ildən başlayaraq isə İŞİD və digər qruplaşmalar arasında vətəndaş müharibəsi gedir,

3. Cənubi Sudan

south sudan
Cənubi Sudan

Cənubi Sudan və Sudan arasında həm ərazi, həm də iqtisadi mübahisələr vardır.

İlk silahlı toqquşma 2011-ci ilin may-avqust aylarında Cənubi Kordofan və 2012-ci ilin mart-aprel aylarında Heqliq zonalarında baş verib.

Cənubi Sudanın digər problemlərindən biri də səhiyyədir, ölkədə savadlılığın səviyyəsi çox aşağıdır, eyni zamanda infrastrukturun zəif inkişaf etməsi xəstəliklərlə mübarizə üçün əsas maneələrdən biridir.

Bölgədə malyariya və xolera xəstəlikləri geniş yayılıb. Beynəlxalq müdaxiləyə baxmayaraq. əhalinin çox hissəsi üçün tibbi yardım əlçatan deyil.

4. Yəmən

yemen
Yəmən

2011 ölkədə inqilab başladı.

2014-cü ildə “Ənsər Allah” şiə qruplaşması və hökumət qüvvələri arasında silahlı toqquşma baş verib.

2015-ci ilin mart ayında müharibədə Səudiyyə Ərəbistanın rəhbərliyi altında ərəb dövlətlərin koalisiyası iştirak edib.

5. İraq

irak2011-ci ildə İraqda vətəndaş müharibəsi başlayıb və bu günə qədər davam edir.

Müharibə ölkənin hökuməti və müxtəlif dini qruplar arasında gedir.

Zorakılığın səviyyəsi artıb, əsas hədəf nöqtəsi kimi şiələr çıxış edir, burada əsas məqsəd şiələrin hökumətə qarşı olan etimadını məhv etməkdən ibarət olmuşdur.

İŞİD terror təşkilatı burada hələ də qalmaqdadır.

6. Somali

somaliMülki müharibə və separatçı fəaliyyət nəticəsində Somali uzun müddət ərzində mövcudiyyətini demək olar ki, dayandırmışdır.

2012-ci ildə Konstitusiya Assambleyası tərəfindən müvəqqəti konstitusiya qəbul edildi.

Somali sağlamlıq, iqtisadi resursları əlçatanlığı, adi həyat, seksual zorakılıq və insan  alveri baxımından yüksək riskli ölkələrdən biridir.

7. Mərkəzi Afrika Respublikası

craMərkəzi Afrika Respublikası əhali sıxlığı kifayət qədər yüksək olan, yoxsul ölkələrdən biridir.

Ölkədə vətəndaş müharibəsi gedir – hökumət ilə üsyançılar (əksəriyyəti müsəlmanlardan ibarətdir) arasında.

Üsyançılar ölkəni 2007-ci ildə bağlanmış sülh müqavilələrinin müddəalarının pozmasında ittiham edərək, Francois Bozize prezidentinin rejimini devirdilər. BMT-də qeyd edildiyi kimi, Cənubi Afrika Respublikasında din əlamətinə görə soyqırımı riski yüksəkdir.  

8. Liviya

lebanon2011-ci ildə Ərəb Baharı dövründə Liviyada hökumət əleyhinə nümayişlər və çıxışlar başladı. Bu, qərb ölkələrinin ölkəyə müdaxilə etmələrini və nəticədə Qəddafi rejimi devrildi.

Bundan sonra Liviya dövlətçiliyi tam olaraq bərpa ola bilməmişdir, dayanıqlı hökumət yaradılmayıb, siyasi qeyri-sabitliyin səviyyəsi isə yenə də olduqca yüksəkdir.

İslam qruplaşmaları və beynəlxalq səviyyədə tanınmış hökumət arasında vətəndaş müharibəsi hələ də davam edir.

9. Konqo Demokratik Respublikası

drcKonqo Demokratik Respublikası sağlamlıq, cinsi zorakılıq və insan alveri riskləri yüksək olan ölkələrdən biridir.

  10. Rusiya

russiaRusiyadakı vəziyyət doqquz müxtəlif göstəriciyə görə yaxşılaşsa da, bir göstəriciyə görə pisləşib: xarici mübahisələr nəticəsində ölüm hallarının sayı artıb. Bu, Rusiyanın Suriyada apardığı hərbi əməliyyatlarla bağlı olmuşdur.

Sülhsevərlik indeksinə 163 ölkə daxildir. İndeks 23 kəmiyyət və keyfiyyət göstəricisi əsasında tərtib edilir.  Bütün göstəricilər üç böyük qrupa bölünürlər: daxili və beynəlxalq münaqişələr, təhlükəsizliyin vəziyyəti və cəmiyyətdəki sabitlik və militarizasiya (silahlanma).

 

 

 

 

 

 

 

 

 

 

 

Son xəbərlər
Digər xəbərlər