Nyu-Yorkda “İlin dünya avtomobili” (World Car of the Year) mükafat mərasimi keçirilib. Banker.az xəbər verir ki, bu haqda məlumat konkursun təşkilatçılarının saytında yerləşdirilib.
Əsas nominasiyadakı mükafat “Jaguar I-Pace” elektrik avtomobilinə verilmişdir. O, müsabiqədə iştirak edən 40 avtomobil arasında seçilib. Bundan başqa, bu avtomobil daha iki nominasiyada qalib gəlmişdir – “Yaşıl avtomobil” və “Ən yaxşı dizayn”.
İki elektrik mühərrik ilə təchiz olunmuş bu avtomobil, 100 km/s sürətinə 4,8 saniyəyə çatır. Onun maksimal sürəti isə 200 km/s, enerji ehtiyatı isə 470 km təşkil edir.
“Şəhərin ən yaxşı avtomobili” kateqoriyasında “Suzuki Jimny” avtomobili qalib gəlmişdir. Lüks avtomobil kimi “Audi A7” avtomobili, hiperkar kimi isə “McLaren” seçilib.