19 C
Baku
Bazar ertəsi, Oktyabr 18, 2021

2019-cu ilin inkişaf edən texnologiyalarının TOP 10-luğu

Screen Shot 2021 09 02 at 14.34.20

Dünya İqtisadi Forumu, 2019-cu ildə inkişaf etməkdə olan texnologiyaların siyahısını nümayiş etdirdi. Ekspertlər, dünyaya müsbət təsir göstərə biləcək texnoloji sıçrayışlara dair açıqlama veriblər.  

Siyahıya iqtisadiyyata və önümüzdəki beş il ərzində insanlara təsir göstərə biləcək, investorlar və alimlər üçün cəlbedici olan texnologiyalar daxildir.

Yaxın zamanda ortaya çıxan bu texnologiyalar gələcəkdə dünya iqtisadiyyatına və bütövlükdə cəmiyyətə təsir göstərəcəkdir.

1. Bioplastik

bioTəkcə 2014-cü ildə təxminən 311 ton plastik istehsal edilmişdir. Proqnozlara görə 2050-ci ilə qədər bu rəqəm üç qat artacaq. 

Plastikin cəmi 15% təkrar emaldan keçir. 

Bioplastik bəşəriyyətə bu problemi həll etməyə kömək edəcək. Adından da göründüyü kimi, bioplastik biokütlədən hazırlanacaq. 

2. Xüsusi robotlar

robot socialBu gün robotlar səsləri, üzləri, jestləri və duyğuları tanıya bilirlər. Bundan əlavə olaraq, onlar hətta verbal və qeyri-verbal siqnallara cavab verməyi bacarırlar. 

İnsanlarla göz təmaslarını saxlaya bilirlər. Adətən robotlar yaşlılara qayğı göstərmək, uşaqlara dərs keçmək və bir çox digər oxşar funksiyalar üçün istifadə olunur. 

3. Metalinzalar 

metallinziBu linzalar o qədər nazikdir ki, indiyədək onların ənənəvi metodlarla istifadəsi qeyri-mümkün olub. 

Lakin, linzaların istehsal prosesindəki dəyişikliklər sensor və tibbi cihazları daha yığcam edəcəkdir. 

4. Zülal balansının müalicəsi

medicine spirisZülal balansının pozulması xərçəngə və digər xəstəliklərə səbəb ola bilər. 

Normal zülallardan fərqli olaraq, onlar hər hansısa dəqiq quruluşa malik deyillər, buna görə də müalicə prosesi də asan olmur. 

Elm adamları ən son texnologiyalardan istifadə edərək, bu zülalların strukturunun dəyişməsinin qarşısını ala bilmişlər. 

5. “Ağıllı” gübrələr

Son illərdə gübrələrin yaxşılaşdırılması onların bütün lazım olan vitamin və mineralları tədricən (zərurət yarandığı halda) “buraxması” ilə əlaqədar olmuşdur. 

Lakin, burada əsas problem bu gübrələrin tərkibində ammiak və kalium karbonat kimi maddələrin olmasıdır. 

“Ağıllı” gübrələrin son versiyaları ekoloji cəhətdən daha təmiz olan azot, mikroorqanizmlərdən istifadə edirlər. 

6. Distant birgə olmaq

nature fieldÖzünüzü video konfransda, həmsöhbətləriniz ilə sanki eyni otaqdakı olduğunuz kimi təsəvvür edin. 

Bu, gələcək video konfransların reallığına çevrilə bilər. 

7. Qida məhsullarının qablaşdırılmasına nəzarət sistemi

drinkƏrzaq çirklənməsinin qaynağının müəyyən edilməsi indi sadəcə bir neçə dəqiqə çəkə bilər. 

Bu, tədarük zənciri boyunca ərzaqların mənşəyini izləmək üçün yeni bir yanaşmanın nəticəsi olacaqdır. 

Bundan əlavə, qablaşdırmanın üstündəki sensorlar ərzağın nə vaxt xarab olacağını göstərəcəkdir. 

8. Təhlükəsiz atom reaktorları

aes
AES

Atom enerjisindən istifadəsi təhlükəsi yanacaq sterjen qızdıqda, su ilə birləşdikdə hidrogenin ayrılmasına və nəticədə partlayışın baş verməsindən ibarətdir. 

 Alimlər təkmilləşmiş yanacaq inkişaf elətdirirlər.

Yeni enerji sterjeninin əsas üstünlüyü modifikasiya edilmiş avadanlıqdadır. 

 

9. DNT məlumatlarının saxlanılması

dnt
DNT analiz

Müasir dünya bir çox məlumatlar istehsal edir və bu proses o qədər sürətlə baş verir ki, alimlər 100 ildən sonra maqnit və optik saxlama sistemlərinin maksimum dərəcədə yüklənəcəyini ehtimal edirlər. 

DNT heç bir məhdudiyyətə malik deyil. Bəzi qiymətləndirmələrə görə, il ərzində bizə lazım olan informasiya uzunluğu 1m olan DNT kubunda yerləşir. 

10. Yenilənən enerjinin saxlanılması və istifadəsi

solar energyLi-ion batareyalar növbəti 5-10 il üçün qabaqcıl texnologiya olacaq. 

Batareyaların keyfiyyətinin yaxşılaşdırılması hesabına enerjini 4-8 saat saxlamaq mümkün olacaqdır. 

Bu, axşam saatlarında bir evi günəş enerjisi ilə təmin etmək üçün kifayət edir. 

 

  

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər