Dünya İqtisadi Forumu, 2019-cu ildə inkişaf etməkdə olan texnologiyaların siyahısını nümayiş etdirdi. Ekspertlər, dünyaya müsbət təsir göstərə biləcək texnoloji sıçrayışlara dair açıqlama veriblər.
Siyahıya iqtisadiyyata və önümüzdəki beş il ərzində insanlara təsir göstərə biləcək, investorlar və alimlər üçün cəlbedici olan texnologiyalar daxildir.
Yaxın zamanda ortaya çıxan bu texnologiyalar gələcəkdə dünya iqtisadiyyatına və bütövlükdə cəmiyyətə təsir göstərəcəkdir.
1. Bioplastik

Plastikin cəmi 15% təkrar emaldan keçir.
Bioplastik bəşəriyyətə bu problemi həll etməyə kömək edəcək. Adından da göründüyü kimi, bioplastik biokütlədən hazırlanacaq.
2. Xüsusi robotlar

İnsanlarla göz təmaslarını saxlaya bilirlər. Adətən robotlar yaşlılara qayğı göstərmək, uşaqlara dərs keçmək və bir çox digər oxşar funksiyalar üçün istifadə olunur.
3. Metalinzalar

Lakin, linzaların istehsal prosesindəki dəyişikliklər sensor və tibbi cihazları daha yığcam edəcəkdir.
4. Zülal balansının müalicəsi

Normal zülallardan fərqli olaraq, onlar hər hansısa dəqiq quruluşa malik deyillər, buna görə də müalicə prosesi də asan olmur.
Elm adamları ən son texnologiyalardan istifadə edərək, bu zülalların strukturunun dəyişməsinin qarşısını ala bilmişlər.
5. “Ağıllı” gübrələr

Lakin, burada əsas problem bu gübrələrin tərkibində ammiak və kalium karbonat kimi maddələrin olmasıdır.
“Ağıllı” gübrələrin son versiyaları ekoloji cəhətdən daha təmiz olan azot, mikroorqanizmlərdən istifadə edirlər.
6. Distant birgə olmaq

Bu, gələcək video konfransların reallığına çevrilə bilər.
7. Qida məhsullarının qablaşdırılmasına nəzarət sistemi

Bu, tədarük zənciri boyunca ərzaqların mənşəyini izləmək üçün yeni bir yanaşmanın nəticəsi olacaqdır.
Bundan əlavə, qablaşdırmanın üstündəki sensorlar ərzağın nə vaxt xarab olacağını göstərəcəkdir.
8. Təhlükəsiz atom reaktorları

Atom enerjisindən istifadəsi təhlükəsi yanacaq sterjen qızdıqda, su ilə birləşdikdə hidrogenin ayrılmasına və nəticədə partlayışın baş verməsindən ibarətdir.
Alimlər təkmilləşmiş yanacaq inkişaf elətdirirlər.
Yeni enerji sterjeninin əsas üstünlüyü modifikasiya edilmiş avadanlıqdadır.
9. DNT məlumatlarının saxlanılması

Müasir dünya bir çox məlumatlar istehsal edir və bu proses o qədər sürətlə baş verir ki, alimlər 100 ildən sonra maqnit və optik saxlama sistemlərinin maksimum dərəcədə yüklənəcəyini ehtimal edirlər.
DNT heç bir məhdudiyyətə malik deyil. Bəzi qiymətləndirmələrə görə, il ərzində bizə lazım olan informasiya uzunluğu 1m olan DNT kubunda yerləşir.
10. Yenilənən enerjinin saxlanılması və istifadəsi

Batareyaların keyfiyyətinin yaxşılaşdırılması hesabına enerjini 4-8 saat saxlamaq mümkün olacaqdır.
Bu, axşam saatlarında bir evi günəş enerjisi ilə təmin etmək üçün kifayət edir.







