6 C
Baku
Monday, December 16, 2024

Sığorta bazarının göstəriciləri açıqlanıb

2019-cu ilin yanvar-fevral aylarında ölkədə fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 132.8 mln. manat məbləğində sığorta haqları toplanıb, 33.1 mln. manat məbləğində sığorta ödənişləri həyata keçirilib.           

Könüllü sığorta bazarı üzrə haqlar 103.9 mln. manat, ödənişlər isə 21.3 mln. manat təşkil edib. İcbari sığorta bazarı üzrə haqlar 28.9 mln. manat, ödənişlər isə 11.8 mln. manat olub.

2019-cu ilin yanvar-fevral aylarında sektor üzrə məcmu sığorta haqlarının 78.2%-i könüllü, 21.8%-i  isə  icbari  sığorta  növlərinin  payına  düşüb. Sığorta ödənişlərinin  64.4%-i könüllü, 35.6%-i icbari sığorta növləri hesabına formalaşıb.

2019-cu ilin yanvar-fevral ayları ərzində sığorta şirkətləri və sinifləri üzrə hesablanmış sığorta haqları və ödənişlərə dair ətraflı məlumatlar sığorta bazarının icmal göstəricilərində öz əksini tapıb (https://www.fimsa.az/az/statistics-statistics).

Son xəbərlər
Digər xəbərlər