“Agro Food İnvestments” Məhdud Məsuliyyətli Cəmiyyəti yenidən təşkil olunur.
Banker.az xəbər verir ki, tərkibindən ayrılma nəticəsində “AGRO PRO GROUP” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradıldığını elan edir.
Xatırladaq ki, “AGRO Food İnvestments” MMC 2018-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 202 188 813 manatdır və qanuni təmsilçisi Vahid Novruzovdur.
Onu da qeyd edək ki, “PMD Agro Əmlak” Məhdud Məsuliyyətli Cəmiyyəti fəaliyyətinə xitam verilərək “AGRO Food İnvestments” MMC-yə qoşulmuşdur.