ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin (CDC) verdiyi məlumata görə, 2020-ci il ölkənin ən yüksək ölüm rekordunu müəyyən edib.
Banker.az bu barədə “Gazeta.ru”ya istinadən xəbər verir.
Bildirildiyi kimi, 2020-ci ildə ABŞ-da 3 milyondan çox insan ölüb. Koronavirus infeksiyası ölkədə ölüm nisbətini 15% artırıb.
Qeyd edilir ki, ABŞ-da Covid-19-dan ölüm sayı ölkənin Vyetnam müharibəsində olduğu kimi, Birinci dünya müharibəsindəki döyüş itkilərini aşıb.