18 C
Baku
Tuesday, April 23, 2024

2020-ci il fiziki şəxslərin gəlir vergisi üzrə ödəmələri 33%-dən çox artacaq

2020-ci il üçün fiziki şəxslərin gəlir vergisi üzrə ödəyəcəyi vəsaitin həcmi cari il ilə müqayisədə 33,5% çox olacağı proqnozlaşdırılır.

Bu, Hesablama Palatasının “2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində əksini tapıb.

Hesabatda qeyd olunub ki, 2020-ci il üçün hüquqi şəxslərin mənfəət vergisi üzrə 2 656,5 mln. manat (cari il üçün təsdiq edilmiş məbləğlərlə müqayisədə 0,5% az), sadələşdirilmiş vergi üzrə 380 mln. manat (18%), fiziki şəxslərin gəlir vergisi üzrə 1 175,0 mln. manat (33,5% çox), aksizlər üzrə 1 049,0 mln. manat (6,8% çox), mədən vergisi üzrə 134,5 mln. manat (1,1% çox) məbləğində vəsait nəzərdə tutulub.

©APA-Economics

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər