9 C
Baku
Friday, December 13, 2024

2020-ci il sürətli pulköçürmələr üçün enişlərlə girib

Azərbaycanda sürətli pulköçürmələrdə statistik rəqəmlərdə geriləmə müşahidə edilir, əsasən də banka daxil olan vəsaitlərdə.

Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 2020-ci ilin yanvarında banklara 153,9 mln. manatlıq cəmi sürətli köçirmələrdən vəsait daxil olub. Bu da 2019-cu ilin martından cari ilin əvvəlinə qədər müşahidə edilən ən aşağı göstəricidir. Banka daxil olan bu növ pul əməliyyatlarında ortalam məbləğ 672 manat olub.

Banklardan xaricə pul köşürmələrin həcmi isə 2020-ci ilin yanvarında 69,6 mln. manat təşkil etmişdir. Bu öncəki ayla (dekabr 2019) ilə müqayisədə düz 30 mln. daha az olması deməkdir. Bu göstərici də sonuncu dəfə 2019-cu ilin iyun-iyul aralığında bu qədər müşahidə edilib. (Şqalada göründüyü kimi sonrakı aylarda kəskin artımla irəliləmişdi.)

2020 1 1

Son xəbərlər
Digər xəbərlər