8 C
Baku
Çərşənbə, Oktyabr 27, 2021

2020-ci ildə Azərbaycan iqtisadiyyatına pul yatıran ölkələr -SİYAHI

2020-ci il ərzində Azərbaycana birbaşa investisiya yatıran ölkələrin siyahısı açıqlanıb.

Banker.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın hesabatında deyilir.

Azərbaycana investisiya yatırımının həcmi 4 milyard 528 milyon ABŞ dolları təşkil edib. Bu da illik müqayisədə 5.9% artım deməkdir.

Bu investisiyanın 1 milyard 681 milyon dolları Böyük Britaniyadan (payı: 37.1%) cəlb edilib. Bu da illik müqayisədə 42% artım deməkdir.

İkinci sırada Türkiyə 578 milyon dollarla (12.8%) dayanır, bu da illik müqayisədə cəmi 1.23% artım deməkdir.

Üçüncü sırada isə ABŞ 475 milyon dollarla dayanır. Bu da illik müqayisədə 25% çox olmasıdır.78568574687658756348

Son xəbərlər
Oxşar xəbərlər