“2020-ci ildə də büdcənin sosialyönümlülüyü təmin ediləcək”

0
Samir Şərifov

Ənənəvi olaraq, 2020-ci ildə də büdcənin sosialyönümlülüyü təmin ediləcək. 

Bunu Milli Məclisin Əmək və sosial siyasət, Səhiyyə, Mədəniyyət, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri komitələrinin birgə iclasında çıxış edən Maliyyə naziri Samir Şərifov deyib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

O bildirib ki, bu əsasda, əməyin ödənişi, təqaüdlər və sosial müavinətlər, o cümlədən əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsinin möhkəmləndirilməsi üzrə maliyyə təminatının yaradılması prioritet xərc istiqamətlərindən olacaq: “Ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin təmin edilməsi, xüsusi müdafiə xarakterli layihələr və tədbirlər üçün maliyyə təminatının yaradılması 2020-ci ildə də davam etdiriləcək”.

Maliyyə naziri qeyd edib ki, 2020-ci ilin dövlət büdcəsinin gəlirləri 24,134 mlrd. manat, xərcləri isə 26,913 mlrd. manat, icmal büdcənin gəlirləri isə 27,533 mlrd. manat təşkil edəcək: “İcmal büdcə xərclərinin yuxarı həddi 29,488 mlrd. manat olacaq ki, bu da 2019-cu illə müqayisədə 2,117 mlrd. manat və ya 7,7% çoxdur. Dövlət büdcəsinin gəlirlərinin tərkibində neft gəlirləri 56,1% və ya 13,5 mlrd. manat, qeyri-neft gəlirləri 43,9% və ya 10,6 mlrd. manat nəzərdə tutulur”.

©APA-Economics