10 C
Baku
Çərşənbə, Oktyabr 27, 2021

2020-ci ildə dünyanın 10 ən yenilikçi iqtisadiyyatı

“Bloomberg Innovation Index” tədqiqatı çərçivəsində 2020-ci ildə dünyanın 10 ən yenilikçi iqtisadiyyatı müəyyən edilib.

Banker.az “Vestiru”ya istinadən xəbər verir ki, ölkələr innovasiyalara qoyulan sərmayənin həcmi, istehsal gücü və yüksək texnoloji şirkətlərin konsentrasiyası kimi meyarlar üzrə qiymətləndirilib.

  1. Fransa

Fransa yenilikçi iqtisadiyyatlar siyahısında sonuncu yeri tutur. Qeyd etmək lazımdır ki, yeniliklərin əhəmiyyətli hissəsi kimya və əczaçılıq sahələrinin payına düşür.

  1. ABŞ

Doqquzuncu yerdə ABŞ-dır. Yüksək texnoloji startapların, o cümlədən böyük korporasiyaların əksəriyyəti məhz burada cəmlənib.

  1. Danimarka

Şimali Avropanın yüksək inkişaf etmiş ölkələrindən biri olan Danimarka səkkizinci yerdədir. Ölkədə biotexnika inkişaf edib, yeni preparatlar yaradılır. Bundan əlavə, Danimarka bərpa olunan enerji mənbələrindən istifadəyə görə lider ölkələrdən biri sayılır.

  1. Finlandiya

Dünyanın ən yenilikçi iqtisadiyyatları sırasında Finlandiya yeddinci yer tutur. İnnovasiyalara kifayət qədər vəsait ayrılır.

  1. İsrail

İsrail geotermal enerji sahəsinin inkişafına görə lider ölkələrdən biri sayılır. Yeni texnologiyalar, yüksək ixtisaslı kadrlar, genişmiqyaslı layihələr – bütün bunlar İsraili liderə çevirir.

  1. İsveç

Son onilliklər ərzində İsveç iqtisadiyyatın rəqəmsal texnologiya və telekommunikasiya kimi sahələrində nəzərəçarpan irəliləyişlər əldə edib. Ölkədə informasiya texnologiyalarının iqtisadiyyatdakı payı 16%-a çatıb, əhalinin 5%-i İT sahəsində çalışır.

  1. İsveçrə

İsveçrə dünya reytinqlərində ənənəvi olaraq yüksək mövqe tutur. Ölkə yüksək ixtisaslı kadrları ilə məşhurdur. İsveçrədə müxtəlif sahələrdə elmi araşdırmalar və tərtibatlar keçirilir.

  1. Sinqapur

Sinqapur inkişaf etmiş ölkədir, yüksək yaşayış səviyyəsi ilə seçilir. Ölkə əsasən biotexnologiya sahəsinə investisiya yatırır.

  1. Cənubi Koreya

Cənubi Koreya dünyanın ən yenilikçi ölkəsi adı uğrunda təkcə Almaniya ilə rəqabət aparır. Qeyd etmək lazımdır ki, yüksək texnoloji şirkətlərin bir çoxu Cənubi Koreyada yerləşir.

  1. Almaniya

Almaniya sənaye və texnologiya sektorlarının inkişafı üzrə lider ölkədir. Ölkə yüksək ixtisaslı kadrları ilə fərqlənir.

Son xəbərlər
Oxşar xəbərlər