1 C
Baku
Cümə, Yanvar 21, 2022

2020-ci ildə dünyanın 5 ən böyük kompüter tədarükçüsü

2020-ci ilin birinci rübündə kompüterlərə tələbat kəskin artıb. Bu, koronavirus pandemiyasının yayılması ilə əlaqədar olaraq insanların uzaqdan iş və təhsilə keçməsi ilə bağlı olub. Tələbin artması demək olar ki, bütün ölkələrdə qeydə alınıb. 

banker.az xəbər verir ki, ən çox Amerikanın “Apple” şirkəti zərər çəkib – kompüter tədarükü 20%-dan çox azalıb. 

2020-ci ildə dünyanın beş ən böyük kompüter tədarükçüsü bunlardır. 

  1. Acer

Acer logo 3

Acer – Tayvanın kompüter və elektronika şirkətidir. Bu ilin birinci rübündə şirkət 3,1 milyon kompüter tədarük edib. Bazarda payı – 5,8%. 

  1. Apple

apple

“Apple” şirkətinin birinci rübdəki vəziyyəti çox da yaxşı olmamışdır. Belə ki, keçən ilin analoji dövrü ilə müqayisədə satışlar kəskin azalıb. Birinci rübdə tədarükün həcmi cəmi 3,2 milyon təşkil edib. Bazarda payı – 6%. 

  1. Dell

dell500

“Dell” korporasiyası dünyanın ən böyük kompüter istehsalçılarından biridir. 2020-ci ilin birinci rübündə tədarükün həcmi 10,5 milyon təşkil edib. Şirkətin bazarda payı 19,6% -dır. 

  1. HP

hp

“HP” – informasiya texnologiyaları sahəsində ABŞ-ın ən böyük şirkətlərindən biridir. Dünyanın müxtəlif ölkələrində bu şirkətin noutbuklarına tələb yüksəkdir. Cari ilin birinci rübündə tədarükün həcmi 11,7 milyon təşkil edib. Bazarda payı – 21,8%. 

  1. Lenovo

lenovo tarihi rekor

Lenovo – kompüter və digər avadanlıqlar istehsal edən Çin şirkətidir. Cari ilin birinci rübündə şirkətin tədarük həcmi 12,8 milyon təşkil edib. Bazarda payı – 23,9%.

Son xəbərlər
Oxşar xəbərlər