-3 C
Baku
Tuesday, February 27, 2024

“2020-ci ildə kənd təsərrüfatından 22 mlrd. manat gəlir əldə etmək olar”

“Bu gün dünyada ərzaq məhsulları ilə təminat əsas məsələlərdən biridir”.

Banker.az Report-a istinadən xəbər verir ki, bunu Bakıda keçirilən aqrar texnologiyalar və yaşıl enerji üzrə Beynəlxalq Forumun (“AgTech and Green Energy”) açılış mərasimində kənd təsərrüfatı naziri İnam Kərimov deyib.

“Bu ilin 9 ayında Azərbaycanda kənd təsərrüfatı sahəsinin ümumi daxili məhsulda payı 4,3 dəfə artıb. Baxmayaraq ki, Azərbaycan torpaq, su və iqlim məhdudiyyətləri ilə üz-üzədir. Aqrar sektorun inkişafı üçün innovasiyalar vacibdir. Onların tətbiqi nəticəsində ərzaq məhsullarının maya dəyəri, təxminən, 50% aşağı düşür. Dünyadakı mobil tətbiqlərdən istifadə etməklə 2020-ci ildə Azərbaycanda kənd təsərrüfatından 22 mlrd. manat gəlir əldə etmək olar”.

Son xəbərlər
Digər xəbərlər