2020-ci ildə MBA-ya qəbul haqqında geniş yayılmış şayiələr

Biznes-məktəbinə müraciət prosesi bəzən yorucu və stressli ola bilər. Namizədlərin dərdi-səri çoxdur: GMAT və ya GRE imtahanına hazırlıqdan tutmuş komissiyanın virtual tədbirlərinə qədər.

2020-ci ildə dezinformasiyanın yayılması ilə vəziyyət daha da çətinləşmişdir. Söhbət MBA haqqında yayılan şayiələrdən, saxtakarlıqlardan və qeyri-dəqiq açıqlamalardan gedir.

Aşağıda sizə bu il namizədlərin əsas narahatlıqlarını təqdim edirik. Görək, onlardan hansılarına həqiqətən diqqət ayırmalıyıq.

1. “Eşitdim, bu il yer uğrunda rəqabət olduqca yüksək olacaq, buna görə də daha loyal müəssisələri nəzərdən keçirməliyəm”

HƏQİQƏT: Xoşbəxtlikdən, bir çox biznes-məktəb bu il sənəd qəbulu prosesini mümkün olduğu qədər asanlaşdırdı. Lakin bu addım həqiqətən də rəqabətin artmasına gətirib çıxarır ki, nəticədə qəbul olmaq məsələsini xeyli çətinləşir. Artıq bir neçə ildir ki, bu tendensiya sürətlənməyə davam edir – məsələn, Michigan RossMIT Sloan kimi bəzi məktəblər tələblərini, digərləri isə abituriyentlərin təqdim etməli olduğu esse sayını azaldıb. Şübhəsiz ki, COVID-19 dövründə bu tendensiya misilsiz miqyasa çatıb. Bəzi proqramlar (UVA Darden, MIT Sloan NYU Stern) müəyyən hallarda GMAT və ya GRE nəticələri olmayan namizədləri qəbul edir (bu səbəbdən universitetlərin hər birinin irəli sürdüyü tələbləri əvvəlcədən öyrənməyi tövsiyə edirik). Qəbul olmaq istəyənlərin qarşısında duran maneələr azaldılır və bu, yer uğrunda mübarizə aparan abituriyentlərin sayını artırır.

Buna baxmayaraq, narahat olmayın, sizdən yeni və ya aşırı heç bir şey tələb olunmur; biznes-məktəblərin qəbul prinsipləri dəyişməz olaraq qalır.

2. “İş yoldaşım (həyat yoldaşım, dostum və s.) mənimlə eyni proqrama qəbul olmaq istəyir, lakin onun qiymətləri mənimki ilə müqayisədə xeyli aşağıdır. Bu səbəbdən məktəbdə onunla tanış olduğumu açıqlamaq istəmirəm, çünki bu, qəbul olmaq şansımı azalda bilər”

ŞAİYƏ. Əmin olun: qəbul komissiyaları hər bir şəxsi ayrı-ayrılıqda nəzərdən keçirir. Biz bu cür hekayələrin ən fərqli nəticələrini eşitmişik: hər iki dost qəbul oldu; heç biri qəbul ola bilmədi; biri qəbul oldu, digəri isə yox.

Bu halda ağlınızda belə bir sual yarana bilər: bəs məktəblər bu kimi sualları nə məqsədlə verirlər? Cavab çox sadədir – sizi tanımaq üçün. Doğrudur, siz bu cür məlumatlara dair açıqlama verməyə bilərsiniz, lakin eyni zamanda, sirr saxlamağın nə mənası var ki?

3. “Əgər qəbul ola bilməmək riski varsa, bu fikirdən tamamilə əlimi üzəcəyəm. Belə ki, bildiyim qədər ikinci dəfədən qəbul olmaq daha çətindir”

ŞAYİƏ. Sənədləri təkrar olaraq göndərmək normal haldır. Bu sizi mənfi ampluaya salmır. Məktəblər belə namizədləri sevə-sevə qəbul edirlər və onların mövqelərini həm akademik, həm də peşəkar cəhətdən yüksək qiymətləndirirlər.  Əgər hərəkət etməyə hazırsınızsa, tərəddüd etmədən hərəkət edin. Qorxmayın.

Yox, əgər artıq bu vəziyyətə düşmüsünüzsə, unutmayın: qəbul yolundakı maneənin hündürlüyü eyni qalıb. Buna müvafiq olaraq, onu aşmaq üçün ilk növbədə fikirlərinizi dəyişdirməlisiniz. Əvvəla, ilk cəhd etdiyiniz andan etibarən hansı istiqamətdə “böyüdüyünüzü” müəyyənləşdirin və əvvəlki açıqlamanıza tənqidi baxın. Nəzərinizə almalısınız ki, çox şey sənədinizi necə tərtib etməyinizdən asılıdır.

4. “Birinci turu qaçırtdım. Deyirlər ki, ikinci tura ümidlənmək lazım deyil, çünki rəqabət böyükdür. Buna baxmayaraq, yenə də şansım var deyə düşünürəm”

HƏQİQƏT. İkinci turda konkurs birinci turla müqayisədə daha yüksək olsa da (bu, qəbul olan abituriyentlərin sayı ilə təsdiq olunur), bir çox məktəb müraciət sayının artması səbəbindən bu mərhələdə daha çox tələbə qəbul edir.

Həqiqətən də birinci turda iştirak etməyin müəyyən üstünlükləri var. Bu mərhələdə siniflər təzə-təzə formalaşmağa başlayır və buna görə namizədlərin diapazonu heç bir şeylə ilə məhdudlaşmır. Üstəlik, biznes-məktəblər tələbənin ikinci turda iştirak etməsini, onun bu proqrama marağının yüksək olması kimi qiymətləndirirlər. Bəli, bu üstünlüklər danılmazdır, lakin onlar güclü namizədin ikinci turda uğur qazanmasına mane ola bilməz. Çalışın turdan asılı olmayaraq mümkün qədər yaxşı təəssürat yaradın.

5. “Təhsilimi 3 il əvvəl başa vurmuşam və idarəçilik təcrübəm demək olar ki, yoxdur. Qorxuram ki, bu, qəbul olmaq şansıma mənfi təsir edə bilər”

ŞAYİƏ. Liderlik bir çox formada mövcud ola bilər və namizədlərin bir hissəsi sərt iyerarxiya olan təşkilatlarda çalışsa da, idarəçilik vəzifəsinə yüksəlmək üçün illərlə vaxt sərf edir. Bəziləri müraciətlərində “əsas iş” çərçivəsindən kənara çıxan fəaliyyətləri göstərir: məsələn, tələbə qrupuna rəhbərlik etmək. Digərləri ətraf mühit proqramlarını hazırlamaq və ya rəqs qrupunu yaratmaq kimi hobbilərini qeyd edir. Unutmayın ki, biznes-məktəblərində müxtəlif idarəçilər təhsil alırlar və onların hər birinə dəyər verilir. Bir sözlə, liderlik keyfiyyətlərinizi göstərən faktlar haqqında danışmaqdan çəkinməyin.

Bununla belə, birbaşa idarəçilik təcrübəniz və ya müraciətinizə əlavə ediləcək və liderlik qabiliyyətinizi nümayiş etdirəcək başqa bir nümunələriniz yoxdursa, bunu düzəltməyin vaxtı gəlib çatıb! İlk növbədə əyləncəli və faydalı iş axtarışından başlayın. Ən çətin şey başlamaqdır – onu keçsəniz, mütləq şəkildə bilik və gücünüzü cəmiyyətin xeyrinə tətbiq etmək üçün bir çox fürsət tapacaqsınız.