24 C
Baku
Thursday, April 18, 2024

2020-ci ildə namizədliyi üçün sosial şəbəkələrdə $8,8 mln. xərcləyib

ABŞ Prezidenti Tramp seçkiqabağı təşviqat kampaniyası üçün 2019-cu ildən etibarən facebook-da 5,6 milyon dollardan, google-da isə 3,2 milyon dollardan çox vəsait sərf edib.

“TASS”-a istinadən, Ağ ev rəhbəri Demokratlar Partiyasından namizəd olmaq istəyən rəqiblərindən daha çox pul xərcləyib.


Bu sıralamada Massaçusetts ştatının senatoru Elizabet Uarren facebook-da 1,1 milyon, google-da 417 min, Kaliforniya senatoru Kamala Harris isə facebook-da 1,1 milyondan bir qədər az, google-da 419 min dollarından keçib.

Qeyd edək ki, ABŞ-da 2020-ci il seçki kampaniyasına fevral ayında start veriləcək.

59-cu Prezident postuna seçkilər isə noyabrın 3-də baş tutacaq.

Son xəbərlər
Digər xəbərlər