17 C
Baku
Çərşənbə, Sentyabr 29, 2021

2020-ci ildə qlobal təbii qaz hasilatı 3,6 % azalıb

Screen Shot 2021 09 02 at 14.34.20

Keçən il qlobal təbii qaz hasilatı illik müqayisədə 3,6 % azalaraq 3 trilyon 918 milyard kub metrə düşüb. Buna karbohidrogenlərin qiymətinin aşağı olması təsir edib.

Bu barədə “Oil & Gas Journal” “Rystad Energy”nin hesabatına istinadən məlumat verib.

BKarantin məhdudiyyətlərinə baxmayaraq, aşağı qiymətlər təbii qazı enerji sektorunda rəqabətədavamlı edib və daha böyük enişin qarşısını alıb. Keçən il qlobal təbii qaz istehlakı 3 trilyon 840 milyard kubmetr (2019-cu illə müqayisədə 2,5 % azalma) təşkil edib.

Asiyada tələbat nisbətən yüksək olaraq qalarkən, Avropada qaz istehlakı illik müqayisədə təqribən 7 % (40 milyard kubmetr) azalıb. Azalma üzrə sonrakı pillədə Afrika (-26 milyard kubmetr) gəlir.

2020-ci ildə mayeləşdirilmiş təbii qazın (LNG) istehsal gücü 5 % artaraq ildə 464 milyon tona çatıb.

Karantin məhdudiyyətlərinə baxmayaraq, qlobal LNG idxalı 2020-ci ildə 3 % artaraq 363 milyon tona çatıb.

“Rystad Energy”nin proqnozlarına görə, 2040-cı ildə qlobal təbii qaz istehsalı 24 % artaraq 4 trilyon 857 milyard kubmetrə çatacaq. Artımın əsas hissəsi Şimali Amerikada (2020-ci ildə 410 milyard kubmetr), Rusiyada (190 milyard kubmetr) və Yaxın Şərqdə (185 milyard kubmetr) olacaq.

Proqnozlara görə, 2040-cı ilədək qlobal təbii qaza olan tələbat 26 % – 4 trilyon 867 milyard kubmetrə qədər artacaq. Ən böyük artım Asiyada (2020 ilə nisbətən +537 milyard kubmetr) qeydə alınacaq.

Aqressiv ekoloji siyasət və bərpa olunan enerji mənbələrinin artımı fonunda Avropada 2040-cı ilədək təbii qaza olan tələbat 2020-ci illə müqayisədə 43 milyard kubmetr azalacaq. ABŞ-da tələbat Bayden administrasiyasının elan edəcəyi gözlənilən yeni ekoloji siyasət ilə təhdid altına düşəcək.

Dünyada qlobal LNG güclərinin 2040-cı ilə qədər təxminən iki dəfə artaraq ümumilikdə 886 milyon ton/ilə (2020-ci illə müqayisədə +91 %) çatacağı gözlənilir.

Screen Shot 2021 09 23 at 11.36.43
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər