2020-ci ildə Rəqabət Məcəlləsinin qəbulu planlaşdırılır

0

2020-ci ildə Azərbaycanda Rəqabət Məcəlləsinin qəbul olunması planlaşdırılır. Bunu Azərbaycanın birinci vitse-prezidentin köməkçisi Gündüz Kərimov deyib.

“Azərbaycanda dövlət orqanları–sahibkarlar münasibətlərinin institutlaşması üzrə tədbirlər həayata keçirilir. 2018-ci ildə bu istiqamətdə bir sıra islahatlar aparılıb və Vergi Məcəlləsinə müvafiq düzəlişlər daxil edilib. Növbəti addım məhkəmə-hüquq sistemində islahatların həyata keçirilməsidir”, – Kərimov bu gün bildirib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Onun sözlərinə görə, 2020-ci ildə bu islahatlar çərçivəsində həmçinin Rəqabət Məcəlləsinin qəbulu planlaşdırılır.

Azərbaycan parlamenti 14 dekabr 2017-ci il tarixində keçirilən iclasda həmin dövrdə İqtisadi İnkişaf Nazirliyinin hazırladığı Rəqabət Məcəlləsi layihəsini ikinci oxunuşda qəbul edib. Lakin, daha sonra nazirlik Məcəllənin layihəsini mühüm dərəcədə işləyib başa çatdırmağa dair qərar qəbul edib. Həmin dövrdən sənəd parlamentdə müzakirə olunmayıb.

Interfax, Azərbaycan