15 C
Baku
Tuesday, September 27, 2022

2020-ci ildə Venesuelada inflyasiya təxminən 3 000% təşkil edib

2020-ci ildə Venesuelada qiymət artımı demək olar ki, 3 000% təşkil edib.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Bu məlumatlar respublikanın Mərkəzi Bankının saytında dərc edilib.

Venesuela Mərkəzi Bankının bildirdiyi kimi, 2020-ci ildə inflyasiya səviyyəsi 2 959.8% olub.

Xatırladaq ki, ötən ilin fevralında Mərkəzi Bank inflyasiyanın 9 585.5% təşkil etdiyini açıqlamışdır.

Venesuela son illərdə hiperinflyasiya, milli valyutanın devalvasiyası və zəruri malların çatışmazlığı ilə müşayiət olunan sosial-iqtisadi böhran yaşayır. BMT-nin verdiyi məlumata görə, təxminən 4.5 milyon nəfər Venesuelanı tərk edib.

Son xəbərlər
Oxşar xəbərlər