10 C
Baku
Thursday, December 12, 2024

2020-ci ildə “ağıllı” şəhər infrastrukturuna xərclər 124 mlrd. dollara yaxınlaşacaq

IDC” tədqiqat şirkətinin qiymətləndirməsinə görə, 2020-ci ildə “ağıllı” şəhər mühitinin (Smart City) inkişafı üzrə təşəbbüslərə qlobal xərclər 2019-cu illə müqayisədə təxminən 19% artaraq 124 milyard dollara yaxınlaşacaq.

Sinqapur “ağıllı” şəhər infrastrukturunun inkişafına xərclərin həcminə görə liderlik etməyə davam edəcək. Yaponiyanın paytaxtı Tokio bu göstərici üzrə ikinci yeri tutacaq. Üçüncü və dördüncü yerlərdə müvafiq olaraq Nyu-York və London şəhərləri qərarlaşacaq. “IDC” şirkətinin proqnozuna görə, yuxarıda adıçəkilən meqapolislərdən hər biri “ağıllı” şəhər proqramlarına 1 milyard dollardan çox vəsait xərcləyəcəklər.

Regional nöqteyi-nəzərdən təhlil onu göstərir ki, ilk üçlükdə ABŞ, Qərbi Avropa və Çin yerləşəcək. Bununla belə Latın Amerikası və Yaponiyada “ağıllı” şəhərlərə yatırılan investisiyanın həcmi daha sürətlə artacaq.

©İctnews

Son xəbərlər
Digər xəbərlər